195.1. Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi xeyli miqdarda ziyan vurduqda—
cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
195.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—
cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 61, 111, 131)