Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 196. Kreditor borclarını ödəməkdən qəsdən yayınma



Yüklə 0,72 Mb.
səhifə186/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   182   183   184   185   186   187   188   189   ...   352
Cinayət Məc

Maddə 196. Kreditor borclarını ödəməkdən qəsdən yayınma

    196.1. Məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda—

    • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    196.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—

    • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 59, 61, 111, 131)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin