Maddə 208. Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama
208.1. Təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
208.2. Eyni əməllər:
208.2.1. külli miqdarda törədildikdə;
208.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə «xeyli miqdar» dedikdə, qaytarılmamış xarici valyuta vəsaitlərinin iyirmi min manatdan yuxarı, lakin otuz min manatdan artıq olmayan məbləği, «külli miqdar» dedikdə otuz min manatdan artıq olan məbləği başa düşülür. (1, 45, 111, 131)