Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 214-1. Terrorçuluğu maliyyələşdirmə



Yüklə 0,72 Mb.
səhifə213/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   209   210   211   212   213   214   215   216   ...   352
Cinayət Məc

Maddə 214-1. Terrorçuluğu maliyyələşdirmə

    Əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə bu Məcəllənin 102, 214, 214-2, 214-3, 215, 219, 219-1, 226, 227, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya həmin məqsədlə yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi üçün istifadə olunacağını bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsi —

    • əmlakı müsadirə olunmaqla on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Qeyd:

    1. Pul vəsaitlərinin və ya digər əmlakın terror aktlarının törədilməsində və ya törədilməsinə cəhddə faktiki istifadə olunmaması və ya konkret terror aktı ilə əlaqədar olmaması əmələ görə cinayət məsuliyyətini aradan qaldırmır.

    2. Bu Məcəllənin 214-1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür terrorçuluq əməlinin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir. (7, 55, 69, 89, 113)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin