Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 214-2. Terrorçuluğa açıq çağırışlar



Yüklə 0,72 Mb.
səhifə214/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   210   211   212   213   214   215   216   217   ...   352
Cinayət Məc

Maddə 214-2. Terrorçuluğa açıq çağırışlar

    Bu Məcəllənin 102, 214, 214-3, 215, 219, 219-1, 226, 227, 277, 279 və ya 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materiallar yayma —

    • beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (89)

Maddə 214-3. Terrorçuluq məqsədi ilə təlim keçmə

    214-3.1. Bu Məcəllənin 102, 214, 215, 219, 219-1, 226, 227, 277 və ya 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi məqsədi ilə həmin əməllərin törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən və ya qurğulardan, zəhərli maddələrdən, digər ümumi təhlükəli üsullardan və ya texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim alma —

    • beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    214-3.2. Bu Məcəllənin 214-3.1-ci maddəsində nəzərdə tutulan təlimləri təşkil etmə və ya keçirmə —

    • doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Qeyd: Bu Məcəllənin 214-3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür təlimlərin keçirilməsində nəzərdə tutulan məqsədlər üzrə cinayət əməllərinin qarşısının alınmasına, belə təlimlərdə iştirak etmiş, belə təlimləri təşkil etmiş, maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir. (89)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin