Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 251. Atmosferi (havanı) çirkləndirmə



Yüklə 0,72 Mb.
səhifə252/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   248   249   250   251   252   253   254   255   ...   352
Cinayət Məc

Maddə 251. Atmosferi (havanı) çirkləndirmə

    251.1. Çirkləndirici maddələrin havaya buraxılması qaydalarının pozulması və ya avadanlıqların, qurğuların və digər obyektlərin istismarı qaydalarının pozulması havanın çirkləndirilməsinə və ya onun təbii xassələrinin başqa cür dəyişilməsinə səbəb olduqda—

    • üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    251.2. Eyni əməllər insan sağlamlığına zərər vurulmasına səbəb olduqda—

    • altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    251.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

    • üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 61, 128, 131)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin