Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 250. Suyu (su mənbələrini) çirkləndirmə



Yüklə 0,72 Mb.
səhifə251/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   247   248   249   250   251   252   253   254   ...   352
Cinayət Məc

Maddə 250. Suyu (su mənbələrini) çirkləndirmə

    250.1. Yerüstü və ya yeraltı suların, istifadə olunan su mənbələrinin çirkləndirilməsi, tükənməsi və ya onların təbii xassələrinin başqa cür dəyişdirilməsi, heyvanlar və ya bitki aləminə, balıq və digər su bioresurslarına, meşə və ya kənd təsərrüfatına əhəmiyyətli zərərin vurulmasına səbəb olduqda—

    • üç min manatdan altı min manatadək miqdarda cərimə və ya beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya (bax) altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    250.2. Eyni əməllər insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi məhvinə səbəb olduqda, habelə qoruqların ərazisində və ya təhlükəli yaxud fövqəladə ekoloji vəziyyət zonasında törədildikdə—

    • altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    250.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

    • üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 61, 93, 128, 131)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin