Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 258. Qanunsuz ov etmə



Yüklə 0,72 Mb.
səhifə259/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   255   256   257   258   259   260   261   262   ...   352
Cinayət Məc

Maddə 258. Qanunsuz ov etmə

    258.1. Lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş vaxtda, qadağan edilmiş alət və üsullarla ov etmə xeyli miqdarda ziyan vurduqda—

    258.2. Eyni əməllər:

      258.2.1. külli miqdarda ziyan vurulmaqla törədildikdə;

      258.2.2. partlayıcı maddələrdən və ya quşların və heyvanların kütləvi məhvinə səbəb olan başqa üsullardan istifadə etməklə törədildikdə;

      258.2.3. ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı törədildikdə;

      258.2.4. qoruqların ərazisində və ya ekoloji fəlakət və fövqəladə ekoloji vəziyyət zonasında törədildikdə—



    • üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    258.3. Bu Məcəllənin 258.1-ci və 258.2-ci maddələrində nəzərdə tutulan əməllər:

      258.3.1. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

      258.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə—



    • altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Qeyd: Bu Məcəllənin 258.1-ci maddəsində «xeyli miqdar» dedikdə, dörd yüz manatdan min manatadək olan məbləğ, 258.2.1-ci maddəsində «külli miqdar» dedikdə isə min manatdan artıq olan məbləq başa düşülür. (1, 45, 61, 82, 128, 131)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin