Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 267. Nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozma



Yüklə 0,72 Mb.
səhifə270/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   266   267   268   269   270   271   272   273   ...   352
Cinayət Məc

Maddə 267. Nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozma

    267.1. Sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264-cü maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—

    • iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    267.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

    • üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    267.3. Bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin həlak olmasına səbəb olduqda—

    • üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61, 77, 128)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin