Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Otuzuncu fəsil. Kibercinayətlər



Yüklə 0,72 Mb.
səhifə273/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   269   270   271   272   273   274   275   276   ...   352
Cinayət Məc

Otuzuncu fəsil. Kibercinayətlər (70)

Maddə 271. Kompüter sisteminə qanunsuz daxil olma

    271.1. Kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompüter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olma —

    • iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    271.2. Eyni əməllər:

      271.2.1. təkrar törədildikdə;

      271.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

      271.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə —

    • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

      271.3. Bu Məcəllənin 271.1 və ya 271.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ictimai əhəmiyyətli infrastruktur obyektinin kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə —

    • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Qeyd:

    1. Bu Məcəllənin 271-273-2-ci maddələrində «kompüter sistemi» dedikdə, müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatlaşdırılmış işlənməsini həyata keçirən hər hansı qurğu və ya bir-birinə qoşulmuş və ya əlaqələndirilmiş qurğular qrupu başa düşülür.

    2. Bu Məcəllənin 271-273-2-ci maddələrində «kompüter məlumatları» dedikdə, kompüter sistemində işlənməsi, emal edilməsi üçün yararlı olan istənilən informasiya (faktlar, məlumatlar, proqramlar və anlayışlar) başa düşülür.

    3. Bu Məcəllənin 271-273-cü maddələrində «ictimai əhəmiyyətli infrastruktur obyekti» dedikdə, dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən xidmətlər göstərən dövlət idarə, müəssisə, təşkilatları, qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), kredit təşkilatları, sığorta şirkətləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, investisiya fondları və bu fondların idarəçiləri başa düşülür. (1, 45, 70, 122, 124, 128)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin