Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 0,72 Mb.
səhifə316/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   312   313   314   315   316   317   318   319   ...   352
Cinayət Məc

Maddə 314. Səhlənkarlıq

    314.1. Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda—

    • min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    314.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—

    • iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    314.3. Bu Məcəllənin 314.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda —

    • üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. ( (1, 29, 45, 82, 128, 131)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   312   313   314   315   316   317   318   319   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin