Maddə 335. Öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma
335.1. Hərbi qulluqçunun öz sağlamlığına hər hansı zərər vurma və ya özünü xəstəliyə vurma, sənədləri saxtalaşdırma və ya sair aldatma yolu ilə hərbi xidmətdən boyun qaçırması, habelə hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etməsi—
bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
335.2. Eyni əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.