139.1. Özündə zöhrəvi xəstəlik olduğunu bilən şəxsin bu xəstəliyi başqa şəxsə yoluxdurması—
iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
139.2. Eyni əməllərin iki və ya daha çox şəxsə qarşı və ya yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə—
dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 128)
140.1. Bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyma—
iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
140.2. İnsan immunçatışmazlığı virusu ilə yoluxmasını bilən şəxsin bu xəstəliyi başqa şəxsə yoluxdurması—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
140.3. Bu Məcəllənin 140.2-ci maddəsində nəzərdə tutulmuş əməllər nəticəsində iki və ya daha çox şəxsi və ya yetkinlik yaşına çatmayanı insan immunçatışmazlığı virusu ilə yoluxdurma—
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
140.4. Öz xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxdurma—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61, 131)