Maddə 207. Azərbaycan Respublikasının və xarici ölkələrin incəsənət, tarixi, arxeoloji sərvəti olan əşyaları Azərbaycan Respublikasına qaytarmama
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qaytarılması məcburi olan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış Azərbaycan Respublikasının və xarici ölkələrin incəsənət, tarixi və arxeoloji sərvəti olan əşyaların müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasına qaytarmama—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (69)