Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 222-2. Müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma



Yüklə 0,72 Mb.
səhifə224/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   220   221   222   223   224   225   226   227   ...   352
Cinayət Məc

Maddə 222-2. Müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma

    222-2.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma—

    • iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    222-2.2. Eyni əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda—

    • üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (20, 39)

Maddə 222-3. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməmə

    Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti, yenidən planlaşdırma, yenidənqurma və mövcud tikililərin konstruksiyalarında dəyişiklik aparılması işlərinin dayandırılması barədə müvafiq dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməmə—

    • iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (39)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin