Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 224-2. İxrac rejimini pozma



Yüklə 0,72 Mb.
səhifə227/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   223   224   225   226   227   228   229   230   ...   352
Cinayət Məc

Maddə 224-2. İxrac rejimini pozma

    İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin), bu malların ixracına qadağan və ya məhdudiyyət qoyulmuş dövlətlərə və son istifadəçilərə ixrac olunması—

    • bir ildən iki ilədək müddətə islah işləri və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. (24, 61, 131)

Maddə 225. Yanğın təhlükəsizliyi qaydalarını pozma

    225.1. Üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—

    225.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—

    • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 61, 128, 131)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin