Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 235. Narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə



Yüklə 0,72 Mb.
səhifə237/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   233   234   235   236   237   238   239   240   ...   352
Cinayət Məc

Maddə 235. Narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə (37)

    235.1. Narkotik vasitələri və ya psixotrop maddələri talama və ya hədə-qorxu ilə tələb etmə—

    • üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    235.2. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları talama və ya hədə qorxu ilə tələb etmə—

    • əmlakı müsadirə olunmaqla və ya olunmamaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    235.3. Bu Məcəllənin 235.1 və 235.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

      235.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

      235.3.2. təkrar törədildikdə;

      235.3.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

      235.3.4. həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə—



    • əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    235.4. Bu Məcəllənin 235.1—235.3-cü maddələrində nəzərdə tutulmuş əməllər:

      235.4.1. mütəşəkil dəstə tərəfindən törədildikdə;

      235.4.2. külli miqdarda törədildikdə;

      235.4.3. həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə—

      235.4.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə


    • əmlakı müsadirə olunmaqla səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (69, 131)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin