Maddə 233-2. Sertifikatlaşdırılmamış rabitə vasitələrinin satışının təşkili
Qanunvericiliklə sertifikatlaşdırılması tələb olunan rabitə vasitələrinin sertifikatlaşdırılmadan satışının təşkili dövlətin və milli təhlükəsizliyin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda -
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (30, 45)