Odlu silahın diqqətsiz saxlanılması ilə yaranmış şərait nəticəsində həmin silahdan başqa şəxsin istifadə etməsi ağır nəticələrə səbəb olduqda—
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61, 131)
Maddə 231. Silahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların mühafizəsi üzrə vəzifələri lazımınca yerinə yetirməmə
Odlu silahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların mühafizəsi tapşırılmış şəxs tərəfindən öz vəzifəsinin lazımınca yerinə yetirilməməsi, onların talanmasına və ya məhv edilməsinə, yaxud digər ağır nəticələrə səbəb olduqda—
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61, 131)