Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 259. Qanunsuz ağac kəsmə



Yüklə 0,72 Mb.
səhifə260/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   256   257   258   259   260   261   262   263   ...   352
Cinayət Məc

Maddə 259. Qanunsuz ağac kəsmə

    259.1. Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda—

    • beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

    259.2. Eyni əməllər:

      259.2.1. təkrar törədildikdə;

      259.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

      259.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

      259.2.4. külli miqdarda ziyan vurmaqla törədildikdə-

    • yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    259.3. Bu Məcəllənin 259.1-ci və ya 259.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə —

    • doqquz min manatdan on bir min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Qeyd:

      1. Bu maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir.

      2. Bu Məcəllənin 259.1-ci maddəsində «xeyli miqdar» dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində «külli miqdar» dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. (1, 3, 21, 40, 45, 53, 114, 131)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin