Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 268. Magistral boru kəmərlərinin inşası, istismarı və ya təmir edilməsi zamanı təhlükəsizlik qaydalarını pozma



Yüklə 0,72 Mb.
səhifə271/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   267   268   269   270   271   272   273   274   ...   352
Cinayət Məc

Maddə 268. Magistral boru kəmərlərinin inşası, istismarı və ya təmir edilməsi zamanı təhlükəsizlik qaydalarını pozma

    268.1. Magistral boru kəmərlərinin inşası, istismarı və ya təmiri zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya külli miqdarda ziyan vurulmasına səbəb olduqda—

    • üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    268.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

    • beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    268.3. Bu Məcəllənin 268.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda—

    • üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 61, 128, 131)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin