Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 272. Kompüter məlumatlarını qanunsuz ələ keçirmə



Yüklə 0,72 Mb.
səhifə274/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   270   271   272   273   274   275   276   277   ...   352
Cinayət Məc

Maddə 272. Kompüter məlumatlarını qanunsuz ələ keçirmə

    272.1. Kompüter sisteminə, kompüter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompüter məlumatlarının, o cümlədən bu cür kompüter məlumatlarının daşıyıcısı olan kompüter sistemlərinin elektromaqnit şüalanmasının, buna hüququ olmayan şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi —

    • iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    272.3. Bu Məcəllənin 272.1 və ya 272.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ictimai əhəmiyyətli infrastruktur obyektinin kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə —

    • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 70, 128)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   270   271   272   273   274   275   276   277   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin