Maddə 273-2. Kompüter məlumatlarının saxtalaşdırılması
Saxtalaşdırılmış kompüter məlumatlarını autentik (həqiqi) kompüter məlumatları kimi qələmə vermək və ya istifadə etmək məqsədilə kompüter məlumatlarını müvafiq hüquq olmadan qəsdən daxil etmə, dəyişdirmə, silmə və ya bloklama, bu əməllər ilkin kompüter məlumatlarının autentikliyinin (həqiqiliyinin) pozulmasına səbəb olduqda —
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (70, 128)