273-1.1. Hazırlanmasının və ya uyğunlaşdırılmasının əsas məqsədi bu Məcəllənin 271-273-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi olan qurğuların və ya kompüter proqramlarının istehsalı, həmin cinayətlərin törədilməsi məqsədi ilə idxalı, istifadə üçün əldə olunması, saxlanılması, satışı, yayılması və ya əldə edilməsinə digər formalarda şərait yaradılması, əhəmiyyətli zərər vurduqda —
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
273-1.2. Kompüter parollarının, giriş kodlarının və ya kompüter sisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən digər analoji məlumatların bu Məcəllənin 271—273-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi məqsədilə istehsalı, saxlanılması və ya istifadə üçün əldə olunması, əhəmiyyətli zərər vurduqda —
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
273-1.3. Kompüter parollarının, giriş kodlarının və ya kompüter sisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən digər analoji məlumatların bu Məcəllənin 271—273-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi məqsədi ilə satışı, yayılması və ya onların əldə edilməsinə digər formalarda şərait yaradılması —
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
273-1.4. Bu Məcəllənin 273-1.1-273-1.3-cü maddələrində nəzərdə tutulmuş əməllər:
273-1.4.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə —
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (70, 128)