Maddə 99-9. Hüquqi şəxsin cinayət-hüquqi tədbirlərin tətbiqindən azad edilməsi
Hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün cinayət törətmiş şəxs bu Məcəllənin 75-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edildikdə, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilə bilməz. (69)
Xüsusi hissə
Bölmə VII. Sülh və insanlıq əleyhinə cinayətlər (3)
On altıncı fəsil. Sülh və insanlıq əleyhinə cinayətlər (3)
Maddə 100. Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma
100.1. Təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama—
səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
100.2. Təcavüzkar müharibəni aparma—
on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (90)