Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (socar) Karbamid zavodu nəzarət ölçü cihazları və avtomatika vasitələrinə olan tələbatını təmin etmək məqsədi ilə Açıq satınalma müsabiqəsi (32024-22) elan edir



Yüklə 43,41 Kb.
səhifə3/6
tarix30.06.2022
ölçüsü43,41 Kb.
#62562
1   2   3   4   5   6
23.06.2022-32024-22-nezaret olcu cihazlari ve avtomatika vasitelerine olan telebat

Müqavilənin icra müddəti:
Satınalma müqaviləsinin 120 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.


Bank təminatları :

  • İddiaçı müsabiqə təklifinin ümumi qiymətinin 1%-i miqdarında təminat təqdim etməlidir. Bank qarantiyalarının əsli maliyyə zərfi açıldığı tarixdə bağlı zərfdə təqdim edilməlidir.

  • Qarantiyanı vermiş maliyyə təşkilatı Azərbaycan Respublikasında və/və ya beynəlxalq maliyyə əməliyyatlarında qəbul edilən olmalıdır. Satınalan təşkilat etibarlı hesab edilməyən bank qarantiyaları qəbul etməmək hüququnu özündə saxlayır.

  • Əgər satınalma müsabiqəsində iştirak etmək istəyən şəxslər digər növ təminat (akkreditiv, qiymətli kağızlar, satınalan təşkilatın müsabiqəyə dəvət sənədlərində göstərilmiş xüsusi hesabına pul vəsaitinin köçürülməsi, depozitlər və digər maliyyə aktivləri) təqdim etmək istədikdə təminat növünün mümkünlüyü barədə elanda göstərilmiş əlaqələndirici şəxsə əvvəlcədən sorğu verməlidir və razılıq əldə etməlidir.

  • Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olacaqdır.

  • Hazırki satınalma əməliyyatı üzrə Satınalan təşkilat tərəfindən maksimal olaraq 20% avans ödənişinin yerinə yetirilməsi nəzərdə tutulur. Nəzərə alınmalıdır ki, iddiaçı şirkətin qeydiyyatda olduğu ölkədən asılı olmayaraq xarici (qeyri-rezident) banklar tərəfindən verilmiş bank təminatları Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) vasitəçiliyi ilə (aviza edilməklə) verilməlidir. Əks halda belə təminatı təqdim etmiş iddiaçının təklifi qəbul edilməyəcəkdir. Yerli banklardan təqdim edilmiş bank təminatlarının ABB vasitəsilə verilməsi (aviza edilməsi) zəruri deyil. Bank təminatlarının ABB-nın vasitəçiliyi ilə verilməsi (aviza edilməsi) yalnız avans ödənişinin təminatı üzrə bank qarantiyası və müqavilənin yerinə yetirilməsinin təminatı üzrə bank qarantiyasına şamil edilir.

  • Müqavilənin yerinə yetirilməsi təminatı satınalma müqaviləsinin ümumi qiymətinin 5 (beş) %-i məbləğində tələb olunur.



Yüklə 43,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin