AzərbayCan respublİkasının elm və təhs



Yüklə 69,67 Kb.
səhifə2/4
tarix03.12.2022
ölçüsü69,67 Kb.
#72047
1   2   3   4
PMK PROQRAM

Ümumi qaydalar

  1. 1.1. Fənnin tədrisinin məqsədi


“Proqramiaşdırılan məntiqi kontrollerlər” fənninin tədris olunmasında əsas məqsəd müasir dövrdə istehsal proseslərinin avtomatlaşdırılmasının texniki tərəqqinin əsas istiqamətlərindən olmasıdır. İndi Proqramiaşdırılan məntiqi kontrollerlər bütün istehsalata – yeni məhsulun layihələndirilmə­sindən onun hazırlanmasına qədər olan bütün sahələrə tətbiq olunur. Digər tərəfdən müasir istehsalat maşın və aqreqatların məhsuldarlığının artırılması və onun maya dəyərinin aşağı sa­lın­ması ilə xarakterizə olunur. Elm və texnikanın qarşısında du­ran ən mühüm məsələlərdən biri istehsalatın avtomatlaş­dırıl­ması texnologiyasını, texniki səviyyəsinin yüksəl­dilməsini, avtomatlaşdırma vasitələrinin sürətli inkişafını təmin etməkdən ibarətdir. Proqramiaşdırılan məntiqi kontrollerlər istehsal proseslərinin idarəetmə funksiyalarını yerinə yetirən müxtəlif idarə­etmə sistemlərinin yaradılması ilə bilavasitə əlaqədardır.



    1. 1.2. Fənnin tədrisinin əsas vəzifəsi


Xalq təsərrüfatının inkişaf mərhələsi bir daha istehsalatın düzgün planlaşdırılması, idarə olunması, dünya standartına cavab verə bilən və elektron prinsipi ilə işləyən müasir avtomatik vasitələri və idarə sistemləri ilə təmin edilməsindən asılıdır. Hal - hazırda tikinti materiallarının istehsal kombinatlarında, neft emalı zavodlarında, sənaye və xalq təsərrüfatının digər sahələrində, yaxın və uzaq xarici ölkələrin cihazqayırma firmalarında, eləcə də respublikamızın elmi tədqiqat institutlarında layihə edilmiş yeni avtomatlaşdırma vasitələri və sistemləri tətbiq edilməkdədir. Dünyanın aparıcı ölkələrinin qabaqcıl cihazqayırma firmalarında istehsal olunan və müasir tələblərə cavab verə bilən intellektual mikroprosessorlar texnologiyaları əsasında hazırlanmış ölçü cihazları və avtomatlaşdırılmış idarəetmə sistemləri, texnoloji prosesləri xarakterizə edən çoxsaylı faktorlar haqqında toplanmış informasiyalara əsasən optimal iş rejimlərinin seçilməsinə, proseslərin sonraki gedişatını praqnozlaşdırmağa və bununla da idarəedici təsirlərin işlənib hazırlanmasına geniş imkanlar yaradır. Bu məsələlərin həll olunması üçün texnoloji prosesin riyazi modelləri qurulmalı, intellektual mikroprosessorlar texnologiyaları, eləcə də idarə sistemlərinin riyazi təminatı olmalıdır. Fənnin tədrisinin əsas vəzifəsi qeyd olunan sahələrdə ən qabaqcıl texnologiyaların, proqram-texniki təminatın əsas iş prinsiplərin öyrənilməsi və tətbiq edilməsi haqqında bilik bacarıqların tələbələrə aşılanmasıdır.

Yüklə 69,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin