Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci



Yüklə 27,79 Kb.
səhifə2/2
tarix27.12.2023
ölçüsü27,79 Kb.
#200645
1   2
Audit-10

Dövlət auditinin elementləri
Element Elementin məzmunu
1.Məqsəd
Audit olunan şəxsin sonradan aşkar olunmuş problemlərin aradan qaldırılması üzrə təkliflərin hazırlanması ilə büdcə hesabafının inkişafının vəziyyəti haqda obyektiv informasiyanın formalaşdırılması, qiymətləndirilməsi və təqdim edilməsi yolu ilə onun həqiqiliyi haqda müstəqil fikrin ifadəsi.
2. Əsas vəzifələr
1. Büdcə icrasının operativ təhlilinin aparılması.
2. Gəlirlər, xərclər və büdcə kəsrinin maliyyələşdirilməsi üzrə büdcə icrası haqda büdcə hesabatının həqiqiliyinin qiymətləndirilməsi.
3. Xərc öhdəliklərinin dəyişməsinə gətirib çıxaran normativ-hüquqi aktların ekspertizasının, eləcə də dövlət proqramlarının ekspertizasının aparılması.
4. Büdcə və vergi siyasətinin əsas istiqamətlərinin reallaşmasının qiymətləndirilməsi.
5. Sosial-iqtisadi inkişafın proqnozlarımn həqiqiliyinin qiymətləndirilməsi, eləcə də uzunmüddətli büdcə proqnozlaşdınimasının parametrlərinin əsaslandmlması.
3. Predmet
Büdcə vəsaitləri
4. Obyekt
Birbaşa və ya dolayı yolla büdcə vəsaitləri ilə əməliyyatlara gətirib çıxaran idarəetmə qərarları 5. Subyekt
İcra hakimiyyəti orqanları olmayan xüsusi yaradılmış dövlət orqanları
6. Prinsiplər
Qanunilik, müstəqillik (təşkilati, funksional və maliyyə), obyektivlik, aşkarlıq
7. Funksiyalar
1. Büdcənin icrasının operativ təhlili;
2. Büdcənin istifadəsi haqda illik hesabatın kənar yoxlanılması nəticəsində büdcənin gəlirləri, xərcləri və büdcə kəsrinin maliyyələşdirilməsi mənbələri üzrə yayınmaların aşkar edilməsi;
3. Bu və ya digər yayınmanı şərtləndirən amillərin kompleks təhlili;
4. Aşkar edilmiş yayınmaların aradan qaldırılması üzrə təkliflərin işlənib hazırlanması;
5. Büdcə pozuntuları ilə bağlı olaraq büdcə məcburetmə tədbirləri yolu ilə məsuliyyətə cəlb edilmə;
6. Sosial-iqtisadi inkişafın proqnozlarının, eləcə də uzunmüddətli büdcə proqnozlaşdırılmasınm parametrlərinin həqiqiliyinin qiymətləndirilməsi,
7. Qarşıya qoyulmuş məqsədə planlaşdırılmış dövrdə çatmaq məqsədilə proqnoz parametrlərinin təshih edilməsi üzrə təkliflərin işlənib hazırlanması
8. Metodlar
Ümumməntiqi, xüsusi və ekspert metodları
Dövlət auditinin predmeti də kifayət qədər həcmlidir. Əgər büdcənin icrasına DMN-də obyekt kimi ancaq büdcə vəsaitlərinin istifadəsi üzrə müvafiq şəxslər arasında münasibət çıxış edirsə, dövlət auditində obyekt büdcə vəsaitləri ilə birbaşa və dolayı yolla əməliyyatların aparılmasına gətirib çıxaran çoxobrazlı, çoxlu sayda idarəetmə münasibətlərinin məcmusu kimi verilir.
Dövlət auditinin subyektində dövlət hakimiyyətinin icra orqanlarının olmamasından asılı olaraq müəyyən fərqlər mövcuddur. Prinsip etibarı ilə burada əsas fərq onların reallaşmasında baş verir. Əgər büdcə icrasının DMN çərçivəsində çox vaxt obyektivlik və şəffaflıq prinsipi heç də həmişə reallaşmırsa və bu da verilmiş nəzarətin müstəqillik prinsipinin deklarasiyalığı ilə aydınlaşdırılırsa, dövlət auditində isə qeyd olunan prinsiplərə riayət edilməsi daha böyük dərəcədə onların qanunvericilik möhkəmliliyi ilə və müvafiq olaraq dövlət auditinin ali orqanlarının funksional, təşkilati və maliyyə müstəqilliyilə möhkəmlənir. Büdcə icrasına DMN və dövlət auditi subyektlərinin səlahiyyətləri çərçivəsində də müəyyən fərqlər mövcuddur.
Öz növbəsində dövlət auditinin səlahiyyətlərinin genişlənmiş aspekti, onun müxtəlif növlərinin aparılma təcrübəsinin fəaliyyətə daxil olunması şəklində təzahür edilən kifayət qədər çoxlu sayda alətlərin, eləcə də informasiyanın toplanması və emalının qiymətləndirilməsi metodlarının istifadəsini nəzərdə tutur.
Beləliklə, büdcə icrasının dövlət auditinin elementlərinin təhlili tədqiq olunan anlayışların qeyri-ekvivalentliyi haqda bizim mövqeyimizi inamla təsdiq etməyə, eləcə də dövlət auditinin təbiəti etibarı ilə büdcə vəsaitlərinin istifadəsində pozuntuları nəinki aşkar etməyə, həm də hesabatlarm həqiqiliyi, büdcə vəsaitlərinin istifadəsinin səmərəliliyi haqda fikir ifadə etməyə imkan verən əhəmiyyətli dərəcədə daha geniş anlayış olduğu faktı əsaslandırmağa imkan verir.
Təhlil əsasında əldə olunan nəticələrin nəzərə alınması ilə büdcə icrasına «dövlət auditi» anlayışını müəyyən edən tərifi formalaşdırmaq olar.

İstifadə olunan dərsliklər və dərs vəsaitləri:
Əsas:

  1. V.T.Novruzovun redaktəsi ilə”Audit” Dərs vəsaiti,Bakı 2011,səh .504

  2. F.Ş.Hacıyev,Ş.H.Əliyev.”Audit” Dərs vəsaiti,Bakı 2011

  3. R.Ş.Hacıyev,S.M.Səbzəliyev “Auditin əsasları” Dərslik,Bakı 2003,səh.500

  4. İ.Abbasov “Audit” Dərs vəsaiti,Bakı 2011,səh .544

  5. Q.Rzayev “Mühaibat uçotu və audit” Dərs vəsaiti,Bakı 2008

Yüklə 27,79 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin