BAKI:2023 Tədqiq edilən problem çərçivəsində maliyyə nəzarəti nəzəriyyəsinin əsas problem məsələlərindən biri olan dövlət auditinin əsas əlamətlərinin və onun dövlətin maliyyə nəzarəti ilə tutuşdurulması amillərinin aşkar edilməsi üzərində dayanmaq məqsədəuyğundur, indiki zamanda DMN və dövlət auditinin ekvivalentinə münasibətdə vahid fikir yoxdur. Bu da bir sıra alim və mütəxəssislərin müxtəlif baxışlara malik olması ilə sübut olunur.
Bu baxımdan dövlət auditinə münasibətdə aşağıdakı mövqelər mövcuddur:
1. Dövlət auditi ancaq parlament nəzarətinin formalarından biridir [4];
2. Dövlət auditi dövlət maliyyə nəzarətinin tərkib hissəsidir [5];
3. Dövlət auditi və dövlət maliyyə nəzarəti müxtəlif anlayışlardır [3].
S.V.Stepaşinin fikrincə, dövlət auditi özüözlüyündə «cəmiyyətin adından və onun maraqlarından çıxış edən, biliyə əsaslanan iqtisadiyyata keçidin üç prinsipial şərtlərin: dövlət mülkiyyətinin və maliyyə resurslannm səmərəli idarə edilməsi; insan kapitalının səmərəli idarə edilməsi; risklərin səmərəli strateji proqnozlaş dırılması və idarə edilməsinin reallaşması üzrə məsələlərin həllində birbaşa və bilavasitə iştirak edən xüsusi konstitusion auditdir» [6].
Qeyd olunan müəyyən etmədən DMN-ni təyin etməklə bir neçə əsas açar və əsas fərqləri ayırmaq olar. İlk növbədə büdcə vəsaitlərinin istifadəsinin qanuniliyi və hüquqiliyinin yoxlanılması və dövlətə hökumət adından büdcənin faktiki istifadəsi haqda həqiqi informasiyanın təqdim edilməsi məqsədilə reallaşan nəzarətdən fərqli olaraq, dövlət auditi çərçivəsində qeyd olunan məsələlər ikinci plana çəkilir. Həqiqətən də, ali dövlət audit orqanlarının dünya təcrübəsində imperativ nəzarətə xas olan məsələlər heç yerdə dövlət auditinin məqsədi kimi ona daxil edilmir.
Bununla bağlı olaraq, dövlət auditi, hər şeydən əvvəl büdcə vəsaitlərinin idarə edilməsi, onların istifadəsinin səmərəliliyi haqda obyektiv informasiyanın təqdim edilməsi məqsədilə cəmiyyətin maraqlarına uyğun aparılır, yəni ona hökumət tərəfindən sosial-iqtisadi inkişafm mövcud şəraitində seçilmiş büdcə siyasətinin reallaşdırılmasınm müstəqil qiymətləndirilməsi verilir.
Beləliklə, konseptual aspektdə bizim mövqeyə uyğun olaraq dövlət auditi dövlət maliyyə nəzarətinə ekvivalent deyildir. Bununla bağlı olaraq, seçilmiş mövqeyin təsdiq edilməsi üçün onu büdcə vəsaitlərinin DMN-in və dövlət auditinin əsas elementlərinin nisbətinin təhlili yolu ilə əsaslandırmaq lazımdır.
«Audit» termini latın sözü olan «audio» sözündən götürülüb və tərcümələrdə «o dinləyir» və ya «dinləyici» mənalarını ifadə edir. Auditin tarixi vətəni Böyük Britaniya hesab olunur. İlk müstəqil auditorlar 19-cu əsrdə Avropada səhmdar cəmiyyətlərinin yaranması ilə fəaliyyət göstərməyə başlamışlar [1].
İşdə verilən cədvəldə büdcə vəsaitlərinin dövlət auditinin elementləri DMN-in və dövlət auditi arasında mövcud fərqlər baxımından mövqeyimiz əsaslandırılmışdır.
Belə ki, dövlət auditinin qarşıya qoyduğu məqsəddən asılı olaraq dövlət auditi büdcə vəsaitlərinin istifadəsinin qanuniliyi, hüquqiliyi onun məqsədinin əsası deyildir. Dövlət auditi çərçivəsində ilkin məqsəd büdcə vəsaitlərinin səmərəli istifadəsinin qiymətləndirilməsi əsasında formalaşmış auditorluq edən şəxslərin büdcə hesabatlarının həqiqiliyi, büdcə istifadəsi çərçivəsində büdcə və vergi siyasətinin qarşıya qoyulan prioritetləri, eləcə də sosial-iqtisadi inkişafın proqnozlarının parametrləri və qarşıya qoyulan digər əsas vəzifələr haqda fikrin ifadə olunmasıdır.
Büdcənin icrasına DMN və dövlət auditinin məqsədlərinin müqayisəli təhlili, bir o qədər də əhəmiyyətsiz olmayan daha bir faktı qeyd etməyə imkan verir. DMN-in həyata keçirilməsi məqsədindən çıxış edərək qeyd olunan nəzarət, dövlət hakimiyyəti ali icra orqanına büdcə vəsaitlərinin qanuniliyi, hüquqiliyi və məqsədli istifadəsi haqda informasiyanın təqdim edilməsi üçün aparılır. Bu zaman dövlət auditinin məqsədi, cəmiyyətə büdcənin mövcud icrasının səmərəli istifadəsi haqda hökumətdən asılı olmayaraq, obyektiv informasiyanın təqdim edilməsidir.