10. Dövlət Xidməti bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək və
funksiyaları həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
10.1. qanunvericiliklə, o cümlədən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların
tənzimlənməsi
və
sahibkarların
maraqlarının
müdafiəsi haqqında”
Azərbaycan
Respublikasının Qanunu iləmüəyyən olunmuş hallarda və qaydada müvafiq fəaliyyət
sahələrində ekspertiza, tədqiqat, qiymətləndirmə işlərinin aparılmasını, nümunələrin
götürülməsini, baxış və nəzarət altında olan materialların və obyektlərin yoxlanılmasını
həyata keçirmək;
[44]
10.2. fitosanitar fəaliyyəti sahəsində qanunvericiliyin pozulmasının qarşısını almaq
məqsədilə hüquqi və fiziki şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada
məhdudiyyət, xəbərdarlıq və digər profilaktik tədbirlər tətbiq etmək;
10.3.
sanitariya, gigiyena qaydalarına və təhlükəsizlik texnikasına uyğun olmayan
anbarlarda və satış yerlərində bitki mühafizə vasitələrinin saxlanılmasını və satışını qadağan
etmək;
10.4.
mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisələrin, təşkilatların
və təsərrüfatların torpaqlarında, kənd təsərrüfatı məhsulları, toxum və əkin materialları
saxlanılan anbarlarda, həyətyanı sahələrdə, fərdi və kollektiv bağ və bostan sahələrində
fıtosanitar vəziyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq;
10.5.
mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisələrdən,
təşkilatlardan, torpaq mülkiyyətçilərindən və istifadəçilərindən əkin sahələri və çoxillik
əkmələrin, meşələrin, otlaqların və biçənəklərin toxum və əkin materiallarının fitosanitar
vəziyyəti, habelə ziyanverici, xəstəlik və alaq otlarına qarşı aparılan mübarizə tədbirləri
haqqında lazımi məlumatların verilməsini tələb etmək;
10.6.
gömrükxanaların, dəmir yolu stansiyalarının, avtovağzalların, hava, dəniz və çay
limanlarının, poçtamtların müdiriyyətindən qanunvericiliklə müəyyən edilmiş qaydada
karantin tətbiq edilən yüklər barədə məlumat tələb etmək və həmin yüklərin sənədləri ilə
tanış olmaq;
10.7.
qanunvericiliyə uyğun olaraq dövlət sınağından keçməmiş, qeydə alınmamış, habelə
istifadəsi qadağan olunmuş pestisidlərin və digər bitki mühafizə preparatlarının istehsalının,
satışının və ölkəyə gətirilməsinin qarşısının alınması üçün qanunvericiliklə müəyyən edilmiş
tədbirlər görmək;
10.8.
bitki mühafizəsi və karantini sahəsində qanunvericiliyin pozulmasına görə vəzifəli
şəxslərin, hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb olunması üçün qanunvericiliklə
müəyyən edilmiş qaydada müvafiq tədbirlər görmək;
10.9.
Dövlət Xidmətinin fəaliyyəti üzrə ayrılan məqsədli büdcə vəsaitinə sərəncam
vermək;
10.10. qanunvericiliklə nəzərdə tutulan digər hüquqları həyata keçirmək.
V.
Dostları ilə paylaş: