9. Dövlət Xidməti qanunvericiliklə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı
9.1.
Azərbaycan Respublikasının ərazisində karantin obyekti olan bitki zərərvericilərinin,
xəstəlik törədicilərinin və alaq otlarının geniş yayılmasının qarşısını almaq, onların
mənbələrini ləğv etmək üçün karantin və qanunvericiliklə müəyyən edilmiş digər
məhdudiyyətlərin qoyulması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət
karantin obyektlərinin siyahısını hazırlayır, müəyyənləşdirilmiş ərazidə fitosanitar
9.3.
Azərbaycan Respublikasının ərazisində bitkilərin ziyanverici və xəstəliklər, habelə
alaq otları ilə sirayətlənmə dərəcəsini, onların əmələgəlmə səbəblərini müəyyənləşdirmək
qanunvericiliyə müvafiq olaraq pestisidlərin və digər preparatların idxalına və
9.5.
karantin nəzarətində olan yüklərin idxalı və ixracı zamanı aşkar olunmuş karantin
9.6.
karantin nəzarətində olan bitki və bitki mənşəli məhsulların, meşə və dekorativ
(bəzək) bitkilərin toxumlarının, əkin materiallarının, bitkilərin və onların hissələrinin (çilik,
ting, soğanaq, kök yumruları, meyvələr və«s.), karantin obyektlərini yaya bilən digər bitki
mənşəli məhsulların ölkəyə gətirilməsinə və ölkədən çıxarılmasına, yaxud Azərbaycan
Respublikasının ərazisində daşınmasına, təkrar ixracına və dövriyyəsinə idxal karantin
icazəsi , təkrar ixracat fitosanitar sertifikatı və fitosanitar sertifikatı verir;
[40]
9.7. qanunvericiliklə
müəyyən edilmiş qaydada
(dövlət sərhədinin buraxılış
məntəqələrində istisna olmaqla) dəniz, çay limanları ərazilərində, hava limanlarında, dəmir
yol stansiyalarında, poçtamtlarda, elevatorlarda, anbarlarda, gəmilərdə, sərnişin
qatarlarında, mülki təyyarələrdə, kənd təsərrüfatı bitkilərinin əkin sahələrində, təcrübə, elmi
tədqiqat, sort-sınaq sahələrində, təsərrüfatlarda, həyətyanı sahələrdə, tinqliklərdə,
üzümlüklərdə, bağlarda, çoxillik əkmələrdə, otlaqlarda, meşə qoruqlarında ticarət, emal
müəssisələrində və digər bitki karantini obyektlərində karantin yoxlanışlar aparır;
[41]
9.8.
Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan
karantin nəzarətində olan materiallara qanunvericiliklə müəyyən edilmiş qaydada
fitosanitar karantin baxışını keçirir və laboratoriya ekspertizasını aparır;
[42]
9.9.
pestisidlərin və bioloji vasitələrin istehsalına, saxlanmasına, satışına və tətbiqinə,
eləcə də zərərli kimyəvi maddələrin bütün növ bitkiçilik məhsullarında, yemlərdə, yem
əlavələrində və torpaqda qalıq miqdarına dövlət nəzarətini həyata keçirir;
9.10.
bitki mühafizəsi sahəsində, habelə pestisidlərin, bioloji preparatların və digər bitki
mühafizə vasitələrinin toksikoloji təsiri, ətraf mühitin çirklənməsi, keyfiyyətini itirmiş və
istifadəsi qadağan olunmuş kimyəvi maddələrin zərərsizləşdirilməsi məsələlərində aidiyyəti
dövlət strukturları ilə birgə fəaliyyət göstərir;
9.11.
karantin zonasından Dövlət Xidmətinin icazəsi olmadan çıxarılmış karantin
nəzarətində olan yüklərin geri qaytarılmasını, zərərsizləşdirilməsini və qanunvericiliklə
müəyyən edilmiş qaydada məhv edilməsini həyata keçirir;
9.12.
pestisidlərin, aqrokimyəvi maddələrin, bioloji və digər preparatların dövlət
sınağının, qeydiyyatının aparılmasında və istifadəsinə icazə verilmiş preparatların
siyahısının hazırlanmasında iştirak edir;
9.13.
bitki mühafizəsi haqqında təlimat və tövsiyələrin, pestisidlərin, bioloji və digər bitki
mühafizə vasitələrinin saxlanılması, daşınması və istifadəsi texnologiyasının və
reqlamentlərinin pozulması barədə akt və təqdimatları təqsirli şəxslərin Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi
üçün səlahiyyətli dövlət orqanlarına göndərir;
9.14.
Dövlət Xidmətinin fəaliyyəti üzrə ayrılmış büdcə vəsaitinin məqsədli istifadəsi üçün
müvafiq proqramlar və xərc smetaları tərtib edir və Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyinə təqdim edir;
9.15.
büdcə vəsaitinin istifadəsi barədə müəyyən olunmuş qaydada Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə hesabat verir;
9.16.
işçilərinin peşəkar hazırlığı və əlavə təhsili ilə bağlı zəruri tədbirlər həyata
keçirir;
[43]
9.17.
Azərbaycan Respublikasının ərazisində kənd təsərrüfatında dövlət karantin və bitki
mühafizə tədbirlərinin elmi-praktiki əsaslarla həyata keçirilməsini təmin edir;
9.18.
səlahiyyətləri daxilində xarici ölkələrin müvafiq qurumları və beynəlxalq
təşkilatlarla müəyyən olunmuş qaydada qarşılıqlı əlaqələr qurur;
9.19.
qanunvericiliyə müvafiq olaraq xidmətin fəaliyyəti dövründə yaranmış arxiv
sənədlərinin komplektləşdirilməsini, saxlanmasını, uçotunu və istifadəsini təşkil edir;
9.20. qanunvericiliklə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir.
Dostları ilə paylaş: