150. Yanlış olanları seçin? 1.Hər bir vətəndaşın vicdan azadlığı vardır.
2.Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə
birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə
etmək və yaymaq hüququ vardır.
3.Dini mərasimlərin yerinə yetirilməsi insanların hüquqlarının pozulmasına səbəb olmursa sərbəstdir.
4. Dini etiqad və əqidə ilə bağlı hüquq pozuntusu məsuliyyət yaratmır
5.Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə
yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.
A) 2, 4, 5
B) 1, 3, 4
C) 3, 4, 5
D) 1, 2, 3
151. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin başqaları ilə birlikdə hansı qaydaya əməl etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır? A) Müvafiq dövlət orqanından icazə almaqla
B) Müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə
C) Kütləvi informasiya vasitələrində xəbərdar etməklə
D) Yerli İcra Hakimiyyətinin icazəsini almaqla
152. Biri doğrudur? A) Hər bir vətəndaşın istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və
yaymaq azadlığı vardır.
B) Hər bir şəxsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq
azadlığı vardır.
C) Hamının istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq
azadlığı vardır.
D) Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq
azadlığı vardır.
153. Biri yanlışdır? A) Kütləvi informasiyanın azadlığına təminat verilir.
B) Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.
C) Dövlət xarici kütləvi informasiya vasitələrinin ölkədə fəaliyyətinin təhlükəsizliyinə təminat verir.
D) Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya
mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.