Azərbaycan Respublikasının Konstitusiyası


Hansılar vətəndaşlıq hüququnun təminatı ilə bağlı mülahizələrdəndir?



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə30/93
tarix05.02.2023
ölçüsü0,87 Mb.
#82988
1   ...   26   27   28   29   30   31   32   33   ...   93
Qanunvericilik testlər

158. Hansılar vətəndaşlıq hüququnun təminatı ilə bağlı mülahizələrdəndir?
1.Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə 
bilməz. 
2.Azərbaycan Respublikasının vətəndaşı ikili vətəndaş ola bilməz. 
3.Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici 
dövlətə verilə bilməz. 
4.Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan 
Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. 
5.Azərbaycan Respublikasında 5 ildən artıq daimi yaşayan hər bir şəxs Azərbaycan Respublikasının 
vətəndaşıdır. 
A) 1, 2, 3 
B) 2, 3, 5 
C) 1, 3, 4 
D) 3, 4, 5 
 


Pərviz Tağızadə Dövlət Qulluğu 0552259554
27 
159. Azərbaycan Respublikasının vətəndaşı hansı halda Azərbaycan Respublikasının 
vətəndaşlığından mərhum edilə bilər? 
A) Heç bir halda 
B) Qanunla müəyyən edilmiş itirilmə hallarında 
C) İkili vətəndaşlığı olduqda
D) Başqa dövlətin vətəndaşlığını qəbul etdikə 
160. ”Dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək Azərbaycan 
Respublikasının hər bir vətəndaşının hüququdur” müddəası hansı maddədə təsbit olunmuşdur? 
A)Dövlətin idarə olunmasında iştirak etmək hüququ 
B) Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ 
C) Birləşmək hüququ
D) Vətəndaşlıq hüququnun təminatı 
 
161. Aşağıdakı müddəalardan hansı “Dövlətin idarə olunmasında iştirak etmək hüququ” 
maddəsinə aid deyildir? 
A) Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. 
Bu hüququ onlar bilavasitə və ya nümayəndələri vasitəsi ilə həyata keçirə bilərlər. 
B) Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak 
etmək hüququ vardır. 
C) Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına malikdirlər.
D) Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının vətəndaşları sırasından təyin 
edilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qanunla müəyyənləşdirilmiş 
qaydada qəbul edilə bilərlər. 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin