343.Aşağıdakı müddəalardan hansı biri Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığı maddəsində təsbit olunmamışdır? A) Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Baş nazirinin şəxsiyyəti toxunulmazdır.
B) Azərbaycan Respublikasının Baş naziri, cinayət başında yaxalanma hallarından başqa tutula bilməz,
cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri
tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
C) Azərbaycan Respublikasının Baş naziri cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu
tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.
D) Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığına yalnız Azərbaycan Republikası Baş
prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən xitam verilə
bilər.
344.Aşağıdakı müddəalardan hansı biri yerlərdə icra hakimiyyəti maddəsində təsbit olunmamışdır? A) Yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.
B) İcra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad
edir.
C) Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
D) İcra hakimiyyəti başçılarının aktları qərardır.
V I I f ə s i l MƏHKƏMƏ HAKİMİYYƏTİ 345. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini hansı yolla və kimlər həyata keçirirlər? A) Qanunun aliliyinin təmin olunması yolu ilə yalnız məhkəmələr
B) Ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr
C) Ədalət prinsipi əsasında məhkəmələr
D) Ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr və hakimlər