Konstitusiya mövcud qanunvericiliyin əsası kimi rol oynayır və qanun vericiliyin normativ,hüquqi bazasıdır.
Azərbaycan Respublikasının Kostitusiyasının quruluşu dedikdə , onun daxilən bir-biri ilə bağlı
olan elementləri başa düşülür.
Kostitusiya Preambula ilə başlayır ,preambula dedikdə giriş hissə başa düşülür.Burada Azər-
baycan xalqının əsas niyyəti və istəkləri,ədalət,azadlıq və təhlükəsizlik kimi mənəvi-əxlaqi də-
yərlərə işarə olunur.
Konstitusiya quruluşca bölmələrə,bölmələr fəsillərə,fəsillər isə maddələrə bölünür.Ona 5 bölmə,
12 fəsil və 158 maddə daxildir.
Birinci bölmə Konstitusiya quruluşunun əsaslarına həsr edilmişdir.Burada ictimai quruluşun mahiyyəti və idarəetmə formaları müəyyən edilir,ictimai quruluşun əsas prinsipləri möhkəm-
ləndirilir.
İkinci bölmə vətəndaşların (şəxsiyyətin) hüquqi statusuna həsr olunmuşdur.Bu bölmədə insan
və vətəndaş hüquqları,habelə vəzifələr müəyyən edilir.
Üçüncü bölmə dövlət hakimiyyətinin təşkili və fəaliyyəti kimi məsələyə həsr sdilmişdir. Buraya
qanunvericilik, icra və məhkəmə hakimiyyətinin səlahiyyətlərini, Naxcıvan Muxtar Respublikasının hüquqi statusunu müəyyənləşdirən maddələr daxildir.
Dördüncü bölmə . Bu bölməyə daxil olan normalar yerli özünüidarəetməni həyata keçirən bələdiyyələrin hüquqi statusunu müəyyən edir.
Beşinci bölmə hüquq və qanun kimi məsələlərə həsr olunmuşdur.Bu bölmədə birləşən norma-
lar qanunvericilik sistemini,normativ hüquqi aktları,Azərbaycan Respublikasının Konstitusi-
yasina dəyişiliklər və ona əlavələr edilməsi qaydalarını müəyyən edir.
Konstitusiya keçid müddəaları ilə bitir.Bu müddəalar keçid dövrü üçün nəzərdə tutulmuşdur.
Dostları ilə paylaş: |