"Azərbaycan Respublikasının Mənzil Məcəlləsi"ndən çıxarış
AZƏRBAYCAN RESPUBLİKASININ MƏNZİL MƏCƏLLƏSİNDƏN
Ç I X A R I Ş
Maddə 8. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları
8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır:
8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları;
8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları;
8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi.