Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununa daİr
Mövcud vəziyyət
|
Analiz
|
Qanunun 4.3.-cü maddəsində göstərilir ki, bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər.
|
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları dövlət reyestrində saxlanılmalı olan məlumatları qeydiyyat orqanına hansı müddətdə və mərhələdə verməli olduğu göstərilməməsi məmur üçün şərait yaradır ki, qanunu öz xeyrinə mülahizə etsin. Bu da məmurun korrupsiya sövdələşməsinə şərait yaradır.
|
Tövsiyə
Qanunun 4.3. maddəsində müvafiq icra hakimiyyəti orqanları dövlət reyestrində saxlanılmalı olan məlumatları qeydiyyat orqanına verilməsi müddətini (misal üçün 3 gün) hazırki qanunla tənzimləmək.
|
Mövcud vəziyyət
|
Analiz
|
Qanunun 5.2-ci maddəsində göstərilir ki, daşınmaz əmlak üzərində hüquq sahibi olmayan şəxs ərizədə arayışın əldə edilməsinin məqsədini göstərməlidir.
|
Bu maddə “İnformasiya əldə etmə haqqında” qanununun tələblərinə ziddir və şəffaflığın yaradılmasına mane olur. Bu arayışın hər hansı bir şəxsə təqdim olunması daşınmaz əmlakın sahibkarına heç bir ziyan vurmur və qanunun 5.5.-ci maddəsinə əsasən məlumatlardan hüquq sahibinin qanuni mənafelərinə ziyan vuracaq üsul və formalarda istifadə edilməsi məsuliyyət yaradır.
|
Tövsiyə
Qanunun 5.2.-ci maddəsinin son cümləsi (“Daşınmaz əmlak üzərində hüquq sahibi olmayan şəxs ərizədə arayışın əldə edilməsinin məqsədini göstərməlidir.”) çıxarılsın.
|
Mövcud vəziyyət
|
Analiz
|
Qanun 5.3-cü maddəsində göstərilir ki, qeydiyyat orqanı 5 iş günü müddətində müraciət etmiş şəxsə arayışı və ya əsaslandırılmış imtina məktubunu verməlidir.
|
Qanunda arayışın verilməsindən imtina səbəbləri göstərilməyib.
|
|