Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası



Yüklə 466,93 Kb.
Pdf görüntüsü
səhifə5/21
tarix28.12.2021
ölçüsü466,93 Kb.
#48216
1   2   3   4   5   6   7   8   9   ...   21
dis tertib

 

2.5. Nəticə 

2.5.1. Nəticədə “Nəticə” sözü başlıq kimi göstərilir və nömrələnmir. 




 

 

 



2.5.2.  Nəticədə  əsas  elmi  yeniliklər  göstərilməklə  onların  əhəmiyyəti 

əsaslandırılmalıdır. 

2.5.3. Tətbiqi əhəmiyyəti olan dissertasiyada iddiaçının əldə etdiyi elmi nəticələrin 

praktikada tətbiqi barədə məlumat, nəzəri əhəmiyyəti olan dissertasiyada isə elmi 

nəticələrdən istifadə ilə əlaqədar tövsiyələr göstərilməlidir. 

 

2.6. İstifadə edilmiş ədəbiyyat siyahısı 

2.6.1. İstifadə edilmiş ədəbiyyat siyahısında  “İstifadə edilmiş ədəbiyyat siyahısı” 

sözləri başlıq kimi göstərilir və nömrələnmir. 

2.6.2. İstifadə edilmiş ədəbiyyat siyahısında əvvəlcə Azərbaycan dilində, sonra isə 

türk,  rus,  ingilis,  fransız,  alman,  ərəb  və  s.  dillərdə  olan  mənbələr  hər  bir  dilə 

uyğun əlifba sırası ilə düzülür və ardıcıl olaraq nömrələnir. 

2.6.3.  İstifadə  edilmiş  ədəbiyyat  siyahısında,  əsasən  son  10  ildə  nəşr  edilmiş 

ədəbiyyatlar öz əksini tapmalıdır. 

2.6.4. Biblioqrafik məlumatlar əlifba sırası ilə müəllifin soyadı, adı, atasının adı və 

ya nəşrin adı ilə verilir.  

2.6.5.  Dissertasiyada  istifadə  olunan  mənbələrin  biblioqrafik  təsvirində 

aşağıdakı şərti işarələrdən istifadə edilir: 

. nöqtə 


, vergül 

- defis 


– tire 

: qoşa nöqtə 

/ çəpəki xətt 

// qoşa çəpəki xətt 

( ) mötərizə 

[ ] kvadrat mötərizə 

2.6.6.  İstifadə  edilmiş  ədəbiyyat  siyahısında  ədəbiyyatın  biblioqrafik  təsviri  bu 

Qaydaya Əlavə 4.1 ilə nəzərdə tutulan nümunələrə uyğun tərtib edilir.   

 



 

 

 



2.7. Əlavələr 

2.7.1. Əlavələrdə “Əlavələr” sözü başlıq kimi göstərilir və nömrələnmir.




Yüklə 466,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin