Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının "15" may 2014-cü il tarixli



Yüklə 45.56 Kb.
tarix25.12.2016
ölçüsü45.56 Kb.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin

Kollegiyasının “15” may 2014-cü il tarixli,

“24/3” nömrəli qərarı ilə təsdiq edilmişdir.

1 nömrəli Əlavə

 


 

Tibb işçilərinin ixtisas dərəcələrinin artırılması ilə əlaqədar müraciətin və sənədlərin qəbulu üzrə

 

İNZİBATİ REQLAMENT

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Tibb işçilərinin ixtisas dərəcələrinin artırılması (verilməsi)  ilə əlaqədar müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Tibb işçilərinin ixtisas dərəcələrinin artırılması ilə əlaqədar bu reqlamentə əlavədə göstərilən ərizə və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin elektron formada qəbulundan və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 1-ci hissəsi;

1.3.2. "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.33-cü bəndi.

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş "Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği"nin 2.2.4.1-ci bəndi.

1.3.5. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 2010-cu il 08 sentyabr tarixli 69 nömrəli əmri ilə təsdiq olunmuş “Tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi Qaydaları”nın 1.2-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra - Nazirlik).

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 10 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Tibb işçiləri tərəfindən ixtisas dərəcəsinin alınması üçün müsahibəyə buraxılması barədə bildirişin əldə edilməsi.

 

2. Elektron xidmətin göstərilməsi

 

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: Ali və orta tibb və əczaçılıq təhsilini başa vurmuş şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

                  http://www.health.gov.az;

                  http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

                   İnternet ünvanı: http://www.health.gov.az; http://www.e-gov.az.

                   Elektron poçt: office@e-health.gov.az.

                   Telefon (+99412) 565-12-43



2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. şəxsiyyət vəsiqəsinin nömrəsi və fin kodu.

2.6.2. ərizə (əlavə olunur);

2.6.3. işlədikləri müəssisənin möhürü və rəhbərinin imzası ilə təsdiq edilmiş ixtisası üzrə 5 illik fəaliyyəti haqqında hesabat və xasiyyətnamə.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati proseduralar



 

3.1. Elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi, bu reqlamentin 2.4-cü bəndində göstərilən  internet səhifəsində elektron ərizə formasını doldurur və bu reqlamentin 2.6-cı bəndində göstərilən  sənədləri ərizəyə əlavə kimi həmin internet səhifəsinə yükləyir.

3.1.2. Sorğunun qəbulu: Sorğu, internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən ərizə forması tam doldurulmadıqda,  bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlər internet səhifəsinə yüklənmədikdə və təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçiyə 5 gündən gec olmayaraq məlumat verilir. Elektron xidmətin göstərilməsindən imtina, istifadəçinin bu elektron xidmət növünə yenidən müraciət etməsinə mane olmur.

3.2.2. Sorğunun qəbulu: İmtina üçün əsaslar olmadıqda sorğunun qəbul edilməsi barədə ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

3.3.1.1. İstifadəçinin müraciətini qəbul edilməsi – Sertifikasiya Şurası;

3.3.1.2. Müraciətin və sənədlərin yoxlanılması – Sertifikasiya Şurası;

3.3.1.3. Müsahibənin keçirilməsi - ixtisas komissiyası;

3.3.1.4. ixtisas dərəcəsi barədə şəhadətnaməsinin verilməsi – nazirliyin Ümumi şöbəsi.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

3.3.2.1. İstifadəçi, ixtisas dərəcəsinin verilməsi ilə əlaqədar müraciət edilməsi üçün bu reqlamentə əlavədə göstərilən ərizə formasını doldurub, tələb olunan sənədləri ərizəyə əlavə kimi yükləyib onlayn rejimdə göndərir, müraciətin qeydiyyata götürülməsi haqqında avtomatik rejimdə istifadəçiyə bildiriş göndərilir. Avtomatik rejimdə müraciət nazirliyin Sertifikasiya Şurası üçün hazırlanmış proqram təminatına daxil olur və qəbul edir.

3.3.2.2. Nazirliyin Sertifikasiya Şurası göndərilmiş müraciəti və sənədləri yoxlayır.

3.3.2.3. Nazirliyin Sertifikasiya Şurası ixtisas komissiyası təşkil edərək müsahibə keçirir və rəy hazırlayaraq nazirliyə göndərir.

3.3.2.4. İxtisas komissiyası tərəfindən hazırlanmış rəyə əsasən müraciət etmiş şəxsə ixtisas dərəcəsi barədə şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilir. Şəhadətnamə, ərizəçiyə birbaşa, poçt rabitəsi vasitəsilə və yaxud rəsmiləşdirilərək, istifadəçinin qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına göndərilməklə təqdim olunur.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada xidmətin yerinə yetirilməsinə nəzarət nazirliyin ümumi şöbəsi həyata keçirir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi  elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət edə bilər.

3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət, kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayət, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74.2-ci maddəsinin tələblərinə uyğun olmalıdır.

3.5.3. şikayətin baxılma müddəti: İnzibati qaydada şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və qərar verilir.

 


Tibb işçilərinin ixtisas dərəcələrinin artırılması ilə əlaqədar müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentə

Əlavə

İxtisas dərəcəsinin verilməsi üçün müsahibədə

iştirak etmək istəyən tibb işçisinin

ƏRİZƏSİ

 

1. Elektron registrin kodu:  ______________________________________________

2. Soyadı: ________________________________________________________________

3. Adı: ___________________________________________________________________

4. Atasının adı: __________________________________________________________

5. Doğulduğu tarix: _____________________________________________________

                                                                      /gün, ay, il/

6. Cinsi: _________________________________________________________________

                                                                     /kişi, qadın/

7. Şəxsiyyət vəsiqəsinin nömrəsi: _______________________________________

__________________________________________________________________________

8. İşlədiyi müəssisə/idarə/təşkilat: ______________________________________

__________________________________________________________________________

__________________________________________________________________________

9. Vəzifəsi: _______________________________________________________________

__________________________________________________________________________

10. Tibbi ixtisası:_________________________________________________________

__________________________________________________________________________

11. İxtisas dərəcəsi (mövcud olan halda):

 

 

(1-ali; 2-birinci;

3-ikinci; 4-dərəcəsis)



 

 

__________________________________________________________________________

12. Bitirdiyi təhsil müəssisəsi

Adı: ______________________________________________________________________

Fakültə: __________________________________________________________________

Bitirdiyi il: _______________________________________________________________

__________________________________________________________________________

 

Tibb işçisinin ünvanı,  əlaqə telefonlar__________________________________



_________________________________________________________________________

 

                                           Tibb işçisinin imzası _____________________



 Tarix       ____  _____________  ___________  il

 

 










Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə