3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün nazirliyin Ümumi şöbəsinə ünvanlanır.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:
3.3.2.1. İstifadəçi Nazirliyə müraciət edilməsi üçün bu reqlamentin 1 və 2 nömrəli əlavələrində göstərilən ərizə formasını doldurub, bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədləri ərizəyə əlavə kimi yükləyib onlayn rejimdə göndərir, müraciətin qeydiyyata götürülməsi haqqında avtomatik rejimdə istifadəçiyə bildiriş göndərilir.
3.3.2.2. Avtomatik rejimdə müraciət nazirliyin Tibbi yardımın təşkili şöbəsi üçün hazırlanmış proqram təminatına daxil olur.
3.3.2.3. Nazirliyin Tibbi yardımın təşkili şöbəsi proqram təminatına düşmüş müraciəti qəbul edir, ərizəyə əlavə kimi yüklənmiş sənədləri yoxlayır və xüsusi razılığın verilməsi (lisenziya) üzrə qərar qəbul edilir və lisenziya ərizəçiyə birbaşa, poçt rabitəsi vasitəsilə və yaxud müraciət edənin qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına göndərilməklə təqdim olunur.
Dostları ilə paylaş: |