Tələbə: Tuncay Sultanov Qrup: 161a2 Fenn: vahin neqliyyat sistemi Movzu: Neqliyyatda peyk naviqasya sistemi Muellim:Əsgərov Sahib



Yüklə 1,14 Mb.
səhifə1/4
tarix10.12.2022
ölçüsü1,14 Mb.
#73612
  1   2   3   4
vns serbest is

Tələbə:Tuncay Sultanov Qrup:161a2 Fenn:vahin neqliyyat sistemi Movzu:Neqliyyatda peyk naviqasya sistemi Muellim:Əsgərov Sahib


Qlobal Mövqe təyinetmə Sistemi (ingiliscə GPS — Global Positioning System) dünya üzrə tətbiq olunan naviqasiya sistemdir. Bu ilk dəfə olaraq 1980-ci ildə ABŞ müdafiə nazirliyi tərəfindən (NAVSTAR-GPS) mövqe təyinetmə və vaxt ölçmə üçün yaradılıb inkişaf etdirilmişdir. Bu sistem peyk şəbəkələrindənibarət olmaqla, fasiləsiz rejimdə işləyərək Yerə elektromaqnit siqnalları göndərir. Bu siqnallar xüsusi qurğularla (qəbuledicilər) qəbul edilir. Bu qəbuledicilərlə peyklərə qədər olan məsafəni, yer səthindəki obyektin yerini yüksək dəqiqliklə müəyyən etmək olur.
Qlobal Mövqe təyinetmə Sistemi xüsusi qəbuledicinin köməyilə dünyanın istənilən nöqtəsində koordinatların (dəqiqlik 1–100 metr aralığında dəyişə bilər), eləcə də Yer səthində və fəzada müxtəlif obyektlərin hərəkət sürətinin avtomatik olaraq tez təyin olunmasına imkan verən peyk sistemi. ABŞ hökumətinə məxsus 24 geostasionar peykdən ibarətdir. Mülki məqsədlər üçün 1575.42 MHs, hərbi məqsədlər üçün isə 1227.6 MHs tezliyindən istifadə edir. GPS qəbulediciləri avtomobillər üçün naviqasiya sistemləri, eləcə də cib kompüterləri və hücrəsəl telefonlarda quraşdırılan modullar şəklində istehsal olunur.
NAVSTAR-GPS sisteminin tətbiqi ilə ABŞ dəniz donanması üçün təyin olunmuş köhnə NNSS (Tranzit) və atom bombalarının yerini təyinetmə sisitemi Velanı əvəz etdi.
NAVSTAR-GPS (ingiliscə: Navigational Satellite Timing and Ranging — Global Positioning System) rəsmi olaraq 17 iyul 1995-ci ildən istifadə olunmağa başlamışdır.
Hal-hazırda mobil telefonların işlənməsində də GPS sistemlərdən istifadə olunur.
Bu sistemin işləmə prinsipi daimi olaraq mövqesini dəyişən və dəqiq vaxt verən peyklərə əsaslanır. Bu peyklərin siqnalları əsasında GPS qəbuledici öz mövqeyini və sürətini təyinedə bilər. Nəzəri olaraq bunun üçün 3 peykdən qələn siqnal kifayət edir.Praktikada GPS qəbuledicilərin öz saatları olmur. Ona görə də burada dördüncü peykdən istifadə edilir ki, qəbuledici üçün dəqiq saatı təyin etmək mümkün olsun.
GPS sistemlərindən hərkət edən obyektin mövqeyi, sürəti və hətta hərəkət istiqamətini təyin etmək mümkündür.
GPS-in iş prinsipi koordinatları dəqiq məlum olan və başlanğıc dayaq nöqtələrin funksiyasının yerinə yetirən yerin yüksəkorbital süni naviqasiya peyklərinin bir qrupuna qədər ölçülən məsafələrə görə obyektlər yerinin təyininə əsaslanır Sistemin əsas mahiyyəti hər hansı bir obyektin yerləşdiyi yeri, o cümlədən onun koordinatlarını, dəniz səviyyəsindən yüksəkliyini, hərəkət istiqamətini və sürətini dəqiqliklə müəyyən etməyə imkan verir. Bundan başqa, GPS-in köməyi ilə vaxtı 1 nanosaniyəyə qədər dəqiqliklə təyin etmək mümkündür.

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin