Mövqe müəyyən etmək üçün digər sistemlər mövcuddurmu? Rusiyanın hərbi-kosmik sənayesi tərəfındən yuxarıda bəhs edilən sistemin alternativi kimi QLONASS peyk sistemi yaradılmışdır. Bu sistem mövqe müəyyən etməkdə yüksək dəqiqliyi təmin etsə də, onun etibarlılığı və istehlak xüsusiyyətləri NAVSTAR sistemindən zəif olduğu üçün, geniş tətbiq sahəsində uğurlar qazana bilməmişdir.
PEYK ƏSASLI QLOBAL NAVİQASİYA SİSTEMİ QƏBULEDİCİSİ
Peyk Əsaslı Qlobal Naviqasiya Sistemi Qəbuledicisi; Dizayn, istehsal və sınaq infrastrukturu ROKETSAN-da yerləşən, İTAR məhdudiyyətlərinə tabe olmayan Qlobal Mövqetəyinetmə [GPS] Sistemi qəbuledicisidir.
GPS, GLONASS və GALILEO peyk sistemlərindən istifadə edən qəbuledici, proqram təminatlı quruluşu ilə müxtəlif platforma istəklərinə [raket, idarə olunan sursat, pilotsuz uçuş aparatı, quru vasitəsi və s.] uyğunlaşdırıla bilər.
ÇOXSİSTEMLİ VƏ ÇOX TEZLİKLİ QLOBAL NAVİQASİYA SİSTEMİ QƏBULEDİCİSİ
Dizayn, istehsal və sınaq infrastrukturu Roketsan’da olan, İTAR məhdudiyyətlərinə tabe olmayan və eyni zamanda bütün Qlobal Mövqetəyinetmə Sistemlərindən [GPS, GLONASS, GALILEO, BEIDOU] çoxlu tezliklərdə [L1 və L2] mülki kodlu siqnallardan istifadə edən GPS qəbuledicisidir.
Qarışdırma və aldatmaya qarşı müqaviməti həm çoxsistemli çox tezlikli qəbuledici quruluşu, həm də alqoritm/proqram yeniləmələri ilə əhəmiyyətli dərəcədə artırılmışdır. Çoxsistemli və Çox Tezlikli Qlobal Naviqasiya Sistemi Qəbuledicisi raket, quru, hava və dəniz platformalarına birləşdirilə bilər.
TurNa-TM TAKTİKİ SƏVİYYƏ FOG ƏSASLI İNERSİAL ÖLÇÜ VAHİDİ
TurNa-TM, üç Fiber Optik Giroskop [FOG] və üç MEMS Akselerometrini özündə birləşdirən müxtəlif istiqamətləndirmə, idarəetmə və naviqasiya tətbiqlərində istifadə edilə bilən taktiki səviyyəli İnersial Ölçü Vahididir [İÖV].
Çətin ətraf mühit şəraitində və platformalarda işləyə bilən Turna-TM; raketlərdə, idarə olunan döyüş sursatlarında, sabitləşdirilmiş platformalarda, Pilotsuz Uçuş Aparatları və s. Sistemlərin uçuş idarəetmə sistemlərində istifadə edilə bilər.
TurNa-TK TAKTİKİ SƏVİYYƏ FOG ƏSASLI İNERSİAL ÖLÇÜ VAHİDİ
TurNa-TM, üç Fiber Optik Giroskop [FOG] və üç Kvars Rəqqaslı Akselerometrini özündə birləşdirən müxtəlif istiqamətləndirmə, idarəetmə və naviqasiya tətbiqlərində istifadə edilə bilən taktiki səviyyəli İnersial Ölçü Vahididir [İÖV].
Çətin ətraf mühit şəraitində və platformalarda işləyə bilən Turna-TM; raketlərdə, idarə olunan döyüş sursatlarında, sabitləşdirilmiş platformalarda, Pilotsuz Uçuş Aparatları və s. Sistemlərin uçuş idarəetmə sistemlərində istifadə edilə bilər.
TurNa-N NAVİQASİYA SƏVİYYƏLİ FOD ƏSASLI İNERSİAL ÖLÇÜ VAHİDİ
TURNA-N, üç Fiber Optik Giroskop [FOG] və Üç Kvars Rəqqaslı Akselerometr ilə naviqasiya səviyyəsindəki bir inersial ölçü vahididir [İÖV]. Turna-N sərt ekoloji şəraitdə yüksək performans göstərməsi üçün hazırlanmışdır.
Quru vasitələri, atış idarəetmə sistemləri, pilotsuz uçuş aparatları və gəmilər kimi fərqli platforma tətbiqlərində istifadə edilə bilər. Yüksək performansı sayəsində, fərqli tətbiqlərdə Qlobal Mövqetəyinetmə Sistemi GNSS] ilə və GNSS olmadan inersial naviqasiya tələblərini [0,8 nm/saat] ödəyə bilər.
RNU-100M NAVİQASİYA SƏVİYYƏLİ İNERSİAL ÖLÇÜ VAHİDİ
RNU-100M; quru, hava və dəniz platformalarının tələbləri üçün hazırlanmış Naviqasiya Səviyyəli İnersial Ölçü Vahididir [İÖV].
RNU-100M; Halqa Lazer Giroskopu [RLG] və Kvars Rəqqas tipli Akselerometr texnologiyaları sayəsində yüksək naviqasiya performansı və sərt ekoloji şərait ehtiyaclarını təmin edə bilər.
RAL2000 NAVİGASİYA SƏVİYYƏ RLG ƏSASLI İNERSİAL ÖLÇÜ VAHİDİ
RAL2000; quru, hava və dəniz platformalarının tələbləri üçün hazırlanmış Naviqasiya Səviyyə İnersial Ölçü Vahididir [İÖV].
RAL2000; Halqa Lazer Giroskopu [RLG] və Kvars Rəqqas tipli Akselerometr texnologiyaları sayəsində yüksək naviqasiya performansı və sərt ekoloji şərait ehtiyaclarını təmin edə bilər. RAL2000, RNU-100M-in kütləvi və həcmi artırılmış törəməsidir.
ALBATROS MODULLU İNTEQRASİYA OLUNMUŞ İNERSİAL NAVİQASİYA SİSTEMİ
ALBATROS, modul quruluşu sayəsində fərqli İnersal Ölçü Vahidi [İÖV] və Qlobal Mövqetəyinetmə Qəbuledicilərindən istifadə edə bilən İnteqrasiya İnersial Naviqasiya Sistemidir [İNS]. Modul quruluşu istifadəçiyə uyğun İÖV və GPS alıcılarını fərqli platformalarda istifadə edilə bilən İNS-ə çevirməyə imkan verir. Bundan əlavə, TurNa-TK/TM/N, ANTARES-in inteqrasiya olunmuş bir quruluşda istifadəsi ilə sistem ehtiyaclarını qarşılayan İNS əldə edilə bilər.
Modul quruluşun başqa bir xüsusiyyəti; quru, hava və dəniz kimi tətbiqlər üçün lazım olan naviqasiya alqoritmlərini ehtiva etməsidir. Bu yolla, eyni İNS-in fərqli platformalarda [raket, idarə olunan sursat, pilotsuz uçuş aparatı, quru vasitəsi, dəniz vasitəsi və s.] eyni naviqasiya dəqiqliyinə cavab verməsi təmin edilir.
RNL2000-K RLG ƏSASLI İNERSİAL QURU NAVİQASİYA SİSTEMLƏRİ
RNL2000-K; quru, hava və dəniz platformalarının tələbləri üçün hazırlanmış bir İnersial Naviqasiya Sistemidir [İNS].
RNL2000-K; Halqa Lazer Giroskopu [RLG] texnologiyaları sayəsində yüksək naviqasiya performansı və sərt ekoloji şərait ehtiyaclarını təmin edə bilər. RNL2000-K, tələbata əsasən Naviqasiya İdarəetmə və Görüntü Qurğusu ilə birlikdə təqdim olunur.
ULDUZ İZLƏYİCİLİ NAVİQASİYA SİSTEMİ
Ulduz İzləyici Naviqasiya Sisteminin optik və mexaniki dizaynı, alqoritmi və proqram inkişaf mərhələləri Roketsan daxilində həyata keçirilmişdir.
Dəqiq oriyentasiya məlumatları sayəsində yüksək hündürlükdə və yüksək hərəkətliliyə malik tətbiqlərdə inersial naviqasiya sistemi üçün dəstək sistemi kimi istifadə edilə bilər.
YÜKSƏK HƏRƏKƏTLİLİK ŞƏRAİTİNDƏ İŞLƏMƏ
İstifadə sahələri nəzərə alınmaqla, optik və mexaniki dizayn yüksək vibrasiya, şok və temperatur şərtlərinə uyğun olaraq dizayn edilmişdir. Əlavə olaraq, istədiyiniz dəqiqlik səviyyəsinə çatmaq üçün vibrasiya və bucaq hərəkətindən yaranan görüntü təhrifləri süzülür.
İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İlk 14sehifenin ədəbiyyati
14-24sf edebiyyati
Link:https://www.roketsan-az.com/az/mehsullar/naviqasiya-sistemleri
Link:https://az.m.wikipedia.org/wiki/GPS