GPS-qəbuledicinin əsas mahiyyəti nədən ibarətdir? GPS-qəbuledicilərinin tətbiq sahəsi çox genişdir. GPS sistemi quruda, suda və yerətrafı məkanda istənilən nöqtədə ınövqeyi müəyyən etməyə imkan verir. Geniş diapazona malik olan tətbiq sahəsindən, bir neçə yüz dollarla on min dollarlar arasında dəyişən qiymətindən asılı olaraq, müxtəlif GPS-qəbuledicilər mövcuddur. Ümumi şəkildə götürsək (GPS-qəbuledici modellərinin tam spektrini 4 böyük qrupa bölmək olar:
Fərdi GPS-qəbulediciləri;
Avtomobil GPS-qəbulediciləri;
Dəniz GPS-qəbulediciləri;
Aviasiya GPS-qəbulediciləri.
Fərdi GPS-qəbulediciləri adından da göründüyü kimi fərdi istifadə üçün nəzərdə tutulmuşdur. Bu modelləri fərqləndirən əsas cəhətlər onların qabarit ölçülərinin kiçikliyindən, xidməti funksiyalarının genişliyindən ibarətdir. Xidmət fünksiyalarının genişliyi dedikdə, baza funksiyası olan və hərəkət marşrutunun hesablanması və formalaşdırılması da daxil olan naviqasiyadan başlayaraq, elektron poçtun qəbulu və ötürülməsi funksiyasına qədər imkanlar nəzərdə tutulur.
Avtomobil GPS-qəbulediciləri istənilən yerüstü nəqliyyat vasitəsində qurula bilər və hərəkətin parametrlərini dispetçer məntəqəsinə avtomatlaşdırılmış şəkildə ötürmək üçün qəbuledici-ötürücü qurğuya qoşulur.
Dəniz GPS-qəbulediciləri ultrasəs exolotları ilə təchiz olunur. Bu qəbuledicilər əlavə olaraq konkret sahil rayonları üçün kartoqrafıya və hidroqrafıya informasiyalı katriclərlə təhchiz olunurlar. Katricləri əvəzləmək mümkündür.
Aviasiya GPS-qəbulediciləri aviasiyada uçuşun təmin olunması üçün nəzərdə tutulmuşdur.
Avtomobil, dəniz və aviasiya GPS-qəbuledicilərini ümumi şəkildə naviqasiya GPS-qəbulediciləri kimi birləşdirsək, onları yuxarıdakı şəkildəki kimi təsvir etmək olar (şək. 6.3):
Kadastr, yerquruluşu, xəritələşdirmə və tikinti işlərinin koordinasiyasında təkcə qəbuledicilərdən deyil, həmçinin tam kompleks sistemlərdəh istifadə edilir. Belə ki, bu cür işlərdə ölçü dəqiqliyi millimetrlərlə ölçülə bilir. GPS və digər müvafiq texniki avadanlıqlardan birgə istifadə etməklə ölçü-informasiya sistemləri yaratmaq mümkündür.
Hal-hazırda müxtəlif şirkətlərin istehsalı olan GPS qurğuları mövcuddur və onlardan istifadə geniş miqyas almışdır.
Fərdi GPS qurğuları da geniş tətbiq olunmaqdadır. Onlardan ən geniş yayılanlardan Garmin, Magellan, Cobra və s. kimi şirkətlərin məhsullarını göstərmək olar.