GPS nədən ibarətdir? GPS ümumi şəbəkədə birləşdirilmiş Yerin müəyyən miqdarda süni peyklərindən (NAVSTAR peyk sistemləri timsalında) və yerüstü izləmə stansiyalarından ibarətdir.
Müasir peyklərin hər biri öz gövdəsində yüksək texnologiyalı avadanlıqlar daşıyır. Bunlardan ən əsasları aşağıdakılardır:
· atom saatı;
· batareya (kadium-nikelli);
· günəş batareyası (gücü 1136 Vt);
· peyklərin idarə olunması üçün kiçik dalğa diapazonlu anten;
· istifadəçilərlə rabitə üçün uzundalğalı diapazona malik anten.
Abonent avadanlığı kimi fərdi GPS-qəbuledicilərindən istifadə olunur. Bu qəbuledicilər peyklərdən siqnalları qəbul edərək onların hesablanmasını həyata keçirməklə özünün durduğu yeri müəyyən edir. Hal-hazırda istifadə olunan bəzi fərdi GPS-qəbuledicilərinin ölçüsü adi mobil telefonun ölçüsü kimi olmaqla, çəkisi 100 qramlarla ölçülür.
NAVSTAR peyk sistemi nədir? NAVSTAR peyk sisteminə Yerin 24 süni peyki daxildir. Bu süni peyklər 6 müxtəlif dairəvi orbitdə hərəkət etməklə, bir-birinə nisbətdə 60° bucaq altında yerləşirlər. Hər bir dairəvi orbitdə 4 süni peyk hərəkət etdiyi üçün cəmi 24 peykin olması lazımdır. Hər bir peyk Yer ətrafında 20180 metr yüksəkliyində 12 saata dövr üdir. 24 peyk Yer kürəsinin istənilən nöqtəsində sistemin işləməsini təmin edir, lakin ehtiyat üçün peyklərin sayının çox olması lazım gəlir. Məhz bu sə- bəbdən, 2010-cu ildə peyklərin sayı 31-ə çatdırılmışdır. Peyklərin hər birinin çəkisi 787 kq, boyu isə günəş batareyası ilə birlikdə 5 metrdən artıqdır. Hər bir peykin gövdəsində 10 9 -saniyə dəqiqliyə malik olan atom saatları quraşdırılmışdır. Bundan başqa, peykdə hesablama kodlaşdırma qurğuları və 1575 MHs tezlikdə işləyən 50 Vt gücündə ötürücü yerləşdirilmişdir.
Peyklər Yerə hansı informasiyanı ötürür? Peyklər hər millisaniyədən bir Yerə aşağıdakı məlumatları ötürürlər:
· Öz statusu (sistemin düzgün işləməsi və ya hər hansı çatışmazlığın olub olmaması haqqında);
· Cari tarix (gün, ay, il);
· Cari vaxt;
· Almanax məlumatları;
· Məlumatlar məcmusunun dəqiq göndərilmə vaxt
Almanax nədir? Almanax bütün peyklərin orbital məlumatlarını özündə əks etdirir. Almanaxda olan informasiyalara əsasən bilmək olar ki, hər bir peyk, günün istənilən vaxtında səmanın harasında olmalıdır. Ümumiyyətlə, GPS peykləri iki cür məlumat (verilənlər) ötürürlər, bunlardan biri almanax, digəri isə efiıııeris adlanır.
Almanax bütün peyklərin orbitləri haqqında informasiyını özündə birləşdirir. Hər bir peyk bütün peyklər üçün almanax ötürür. Almanaxın məlumatları yüksək dəqiqliyə malik olmurlar və bir neçə ay müddətində keçərli sayılırlar.
Eflmeris məlumatları isə hər bir peyk üçün orbit və saat parametrləri üzrə çox dəqiq məlumatlara malik olurlar. Bu isə koordinatların dəqiq müəyyən edilməsi üçün zəruridir.
Hər bir GPS peyki, almanaxdan fərqli olaraq, yalnız öz efımeris məlumatlarını ötürür ki, onlar da 30 dəqiqə ərzində keçərlidirlər. Peyklər hər 30 saniyədən bir öz efimerislərini ötürürlər. Əgər GPS 30 dəqiqədən artıq müddətə söndürülüb, sonra yenidən yandırılmışdırsa, onda həmin GPS ona məlum olan almanax əsasında peykləri axtarmağa başlayır. GPS-qəbuledici peyki tapan zaman, ekranda siqnalın gücünü əks etdirən sütun hələ boş olur. Bu zaman hələ efımeris məlumatlarının toplanma prosesi gedir. Hər bir peykin efımerisi qəbul olunduqdan sonra ona müvafıq siqnal gücü qara rəngə boyanır və peykdən alınmış məlumatlar naviqasiya üçün yararlı hesab olunur. Əgər GPS-qəbuledicinin enerji mənbəyi 30 dəqiqədən az müddət ərzində söndürülüb yenidən yandırılarsa, o zaman qəbuledici peykləri çox tez tapar, çünki belə olduqda efimeris məlumatlarını yenidən toplamaq lazım gəlmir. Bu proses "qaynar" start adlanır.