Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti



Yüklə 1,11 Mb.
səhifə2/2
tarix15.05.2022
ölçüsü1,11 Mb.
#58085
1   2
Metrologiya,st. ser. sərbəst iş

STANDARTLAŞDIRMA


Məhsulun keyfiyyətinin yüksəldilməsini təmin edən əsas vasitələrdən biri standartlardır. Standartlaşdırma sahəsində əsas termin və anlayışları standartlaşdırmanın elmi prinsiplərini öyrənən İSO komitəsi müəyyənləşdirir. Standartlaşdırma-funksional istismar şəraitini və təhlükəsizlik tələblərini gözləmək şərti ilə ümumi optimal qənaət əldə etmək üçün bütün maraqlı tərəflərin xeyrinə və onların iştirakı ilə müəyyən sahədə fəaliyyətin nizamlanması məqsədi ilə qaydaların müəyyən edilməsi və tətbiqidir. Standartlaşdırma, elm, texnika və təcrübənin vəhdətinə əsaslanaraq sənayenin yalnız bu gününü deyil, eyni zamanda onun gələcək perspektivlərini müəyyən edir. Beləliklə, standartlaşdırma, məmulun optimal keyfiyyət göstəricilərini, məhsuldarlığın artırılmasını, maddi sərvətlərin qənaətlə istifadə edilməsini texniki təhlükəsizlik qaydalarını gözləməklə təmin edir, mütləq qaydaları, normaları və tələbləri təyin edir. Standartrlaşdırma nəticəsində müəyyən edilmiş normaların, qaydaların, tələblərin, üsulların, terminlərin və işarələrin elmdə, texnikada, kənd təsərrüfatında, tikintidə, nəqliyyatda, səhiyyədə, beynəlxalq ticarətdə və s. tətbiq edilməsinin müstəsna əhəmiyyəti vardır. Standartlaşdırma, elmitexniki və iqtisadi tərəqqinin sürətlənməsinə ciddi təsir edən vasitədir.

O, elm və texnikanın nailiyyətlərinin istehsalatda geniş tətbiqinə şərait yaradır, maşın detallarının, yığım vahidlərinin, qovşaqların və s. qarşılıqlı əvəzolunmasını təmin edir, məhsulun keyfiyyətini beynəlxalq nümunələr səviyyəsində saxlamağa şərait yaradır. Standartlaşdırma, maksimum səmərə əldə etmək üçün minimum şərtlərin elmi cəhətdən əsaslandırılaraq təyin olunmasıdır.

Standart - standartlaşdırılan obyektə kompleks normalar, qaydalar müəyyən edən və səlahiyyətli orqanlar tərəfindən təsdiq edilən, standartlaşdırmanın normativ texniki sənədidir. Standartlaşdırma üzrə məsələlərin həlli, onlar haqqında müddəalara uyğun olaraq, normativ sənədlərlə müəyyən edilir. Standasrtlaşdırmanın əsas vəzifəsi təssərrüfatın müxtəlif sahələrinin, əhalinin, ölkənin müdafiəsinin ehtiyacları üçün lazım olan və xarici ölkələrlə mübadilə və satış üçün hazırlanan məhsullara mütərəqqi tələblər müəyyən edən normativ texniki sənədlər sistemini yaratmaq və həmin sənədlərdən düzgün istifadə edilməsinə nəzarət etməkdir.

Standartlaşdırmanın məqsədləri aşağıdakılardır:

- məhsulların keyfiyyət və nomenklaturasının, xidmət və proseslərin insanların həyatı və sağlamlığı üçün təhlükəsizliyin təmin olunması, ətraf mühitin mühafizəsi məsələlərində dövlət və istehlakçıların mənafeyinin müdafiəsi;

- xalq təsərrüfatı və əhalinin tələbatına, elm və texnikanın inkişafina müvafiq olaraq məhsulun keyfiyyətinin yüksəldilməsi;

- məhsulun uyğunluğunun və qarşılıqlı surətdə əvəzolunmasının təmini;

- insan və material ehtiyatlarına qənaət edilməsinə köməklik göstərilməsi, istehsalın iqtisadi göstəricilərinin yaxşılaşdırılması;

- istehsalda və ticarətdə texniki maneələri aradan qaldırmaqla məhsulların dünya bazarında rəqabətliyinin və dövlətin beynəlxalq və dövlətlərarası əmək bölgüsündə səmərəli iştirakının təmin edilməsi;

- təbii və texnogen qəzaların və digər fövqəladə vəziyyətlərin yaranması təhlükəsi nəzərə alınmaqla xalq təsərrüfatı obyektlərinin təhlükəsizliyinin qorunması;

- səfərbərliyə hazırlığa və müdafiə qabiliyyətinin yüksəldilməsinə köməklik göstərilməsi.

Standartlaşdırmanın əsas vəzifələri aşağıdakılardır:

- layihəçi, istehsalçı, satıcı və istehlakçılar arasında qarşılıqlı anlaşmanın təmin edilməsi;

- istehlakçı və dövlətin mənafeyi naminə məhsulun nomenklatura və keyfiyyətinə, o cümlədən insanların həyatı, sağlamlığı və əmlakının təhlükəsizliyini, ətraf mühitin mühafizə-sinin qorunmasını təmin edəcək optimal tələblərin müəyyən-ləşdirilməsi;

- məhsulun uyğunluğuna (konstruktiv, elektrik, elektromaq-nit, məlumat, proqram və s.), eləcə də qarşılıqlı əvəzolunmasına tələblərin təyin edilməsi;

- məhsulun göstərici xarakteristikalarının, elementlərinin, dəstləşdirici məmulatlarının, xammal və materiallarının uyğunlaşdırılması və əlaqələndirilməsi;

- metroloji normaların, qaydaların, nizamnamə və tələblərin təyin edilməsi;

- nəzarətin (sınaq, analiz, ölçü), sertifikatlaşdırılma və məhsulun keyfiyyətinin qiymətləndirilməsinin normativ texniki təminatı;

- texnoloji proseslər, həmçinin material və əmək sərfinin, enerji tutumunun azaldılması, az tullantılı texnologiyanın tətbiqi-nin təmin edilməsi üçün tələblərin təyin edilməsi;

- texniki iqtisadi məlumatın təsnifləşdirilmə və kodlaşdırıl-ma sisteminin yaradılması və aparılması;

- dövlətlərarası və dövlət, sosial-iqtisadi və elmi-texniki proqramların (layihələrin), infrastruktur komplekslərin (nəqliyyat, rabitə, müdafiə, ətraf mühitin mühafizəsi, yaşayış mühitinə nəzarət, əhalinin təhlükəsizliyi və s.) normativ təminatı;

- istehlakçıları məhsulun nomenklaturası və əsas göstərici-ləri haqqında məlumatla təmin etmək üçün kataloqlaşdırma sisteminin yaradılması;

- Azərbaycan Respublikası qanunvericiliyinin yerinə yetirilməsində standartlaşdırma metod və vasitələri ilə köməklik.

Standartlaşdırmanın əsas prinsipləri Standartlaşdırma üzrə normativ sənədlərin işlənməsi bütün marağı olan tərəflərin, məhsulun layihəçilərinin, istehsalçılarının, məhsulun çoxçeşidliliyinin, keyfiyyətinin, səmərəliliyinin tətbiqinin uyğunluğu və qarşılıqlı əvəzolunmasının, insanların həyatı, sağlamlığı və əmlakı üçün təhlükəsizliyinin, ətraf mühitin qorunmasının və başqa qarşılıqlı maraq doğuran məsələlərin idarə edilməsində tərəflərin hər birinin rəyi nəzərə alınmaqla onların qarşılıqlı istəyinə əsaslanmalıdır. Beynəlxalq standartlaşdırmada konsensus termini işlənir. Bu ad altında marağı olan tərəflərin çoxunun məsələnin məğzinə etiraz etməməsi, bütün tərəflərin rəyini nəzərə almaq və üst-üstə düşməyən nöqteyi-nəzərləri yaxınlaşdırmaq istəyinin olması nəzərdə tutulur. Standartın yaradılmasının məqsədəuyğunluğu, onun sosial, texniki və iqtisadi labüdlüyü və tətbiqinin qənaətbəxşliyi ilə qiymətləndirilir. İnsanların həyatı, sağlamlığı və əmlakının təhlükəsizliyini, mühitin qorunmasını, məhsulun uyğunluğu və qarşılıqlı əvəzolunma qabiliyyətinin təmin edilməsi üzrə standartların yaradılmasına üstünlük verilir. Standartları elə işləmək lazımdır ki, onlar beynəlxalq ticarətə maneə törətməsinlər. Standart və texniki şərtlər yaradıldıqda layihələrə diqqət yetirilməli və qəbul edilmiş beynəlxalq və regional standartları, BMT, EİK və başqa beynəlxalq təşkilatların qaydaları,eləcə də lazım gəldikdə başqa ölkələrin milli standartları nəzərə alınmalıdır.


Sertifikatlaşdırma


Sertifikatlaşdırma sözü latın dilində, “düzgün edilmişdir” mənasını verir. Məhsulun hazırlanmasının düzgünlüyünə əmin olmaq üçün, onun hansı tələblərə uyğun olması və bu uyğunluğun təmin edilməsi yolları məlum olmalıdır. Belə dəlillərin əldə edilməsini bütün tərəflərin qəbul etməsi üsulu uyğunluq sertifikatlaşdırması adlanır.

“Uyğunluq” termini İSO/BEK tərəfindən təklif edilmişdir (Assurance of confrormity). Bununla əlaqədar olaraq, göstərilən bu üsul nəticəsində məhsulun (prosesin, xidmətin) verilmiş tələblərə uyğunluğuna əminlik yaradan məlumat təqdim olunmalıdır. Bu məlumat aşağıdakı kimi ola bilər:

• uyğunluq haqqında tədarükçünün məlumatı

• (Surrliers declaration). Yəni məhsulun verilmiş tələblərə uyğunluğunu təsdiq edən yazılı təminat kataloqlarda, istismara aid sənədlərdə, nəşr olunmuş sənədlərdə, yaxud yarlık, etiket və s. şəkildə verilə bilər;

• sertifikatlaşdırma (certification)-məhsulun, prosesin, xidmətin verilmiş tələblərə uyğunluğuna yazılı təminat verən üçüncü tərəfin fəaliyyətidir. “İstehsalçının uyğunluq haqqında məlumatı” anlayışı, onun istehsal etdiyi məhsulun konkret normativ sənədin tələblərinə cavab verdiyini və bunun üçün onun məsuliyyət daşıdığını göstərir. İSO/BEK-in Rəhbəredici sənədinə əsasən bu, istehsalçının öz məsuliyyətini dərk etməsini və onun düşünülmüş və müəyyən olunmuş hərəkətlər etməyə hazır olduğunu sübut edir. İstehsalçının məlumatı, məlumat-deklarasiya adlandırılır və aşağıdakı məlumatları əks etdirir:

• məlumat-deklarasiyanı təqdim edən istehsalçının ünvanı, məmulatın işarəsi və onun haqqında məlumat;

istehsalçının istinad etdiyi standartın adı, nömrəsi və nəşr edildiyi tarix;

• məlumatın məzmununa görə istehsalçının şəxsi məsuliyyətinin göstərilməsi və s. Təqdim olunan məlumat sınaqların nəticələrinə əsaslanmış olmalıdır. Standarta istinad, standartı qəbul edən təşkilat tərəfindən məlumatın təsdiq edilməsi demək deyildir. İstehsalçı uyğunluq nişanlarından istifadə etmək hüququna malik deyildir. Sertifikatlaşdırma vasitəsilə uyğunluğun təsdiqi mütləq üçüncü tərəfin iştirakını nəzərdə tutur. Uyğunluğun belə təsdiqi asılı olmayan, verilmiş tələblərə müvafiq, uyğunluğa təminat verən müəyyən prosedur qaydalar əsasında yerinə yetirilir. Sertifikatlaşdırma məhsulun (prosesin, xidmətin) verilmiş tələblərə uyğunluğunun sübutunun əsas doğru üsulu sayılır. Sertifikatlaşdırma prosesinin (fəaliyyətinin) tərkib hissələri kimi baxıla bilən prosedurlar, qaydalar, sınaqlar və digər hərəkətlər bir sıra faktorlardan asılı olaraq müxtəlif ola bilər. Bunlardan aşağıdakıları qeyd etmək olar:

• standartlaşdırmaya, keyfiyyətə və bilavasitə sertifikatlaşdırmaya aid qanunvericilik;

• sertifikatlaşdırma obyektinin xüsusiyyətləri. Bu isə öz növbəsində sınaqların aparılması metodunun seçilməsini təyin edir.

Başqa sözlə, uyğunluğun sübutu bu və ya digər sertifikatlaşdırma sistemi üzrə aparılır. İSO/BEK-in göstərilən sənədinə uyğun olaraq bu həm prosedur, həm də idarəetməyə aid sertifikatlaşdırmanın özünün xüsusi qaydaları ilə yerinə yetirilən sistemidir. Sertifikatlaşdırma sisteminin əsasını (ümumi halda) aşağıdakılar təşkil edir:

• sistemi idarə edən, onun fəaliyyətinə nəzarət edən və sertifikatlaşdırmanın aparılması hüququnu digər orqanlara verə bilən mərkəzi orqan;

• sertifikatlaşdırmanın aparılması qaydaları və yolları;

• uyğunluğu müəyyən edən sertifikatlaşdırmanın normativ sənədləri;

• sertifikatlaşdırma prosedurları (sxemləri);

• inspeksion nəzarətin qaydası.

Sertifikatlaşdırma sistemləri milli, regional və beynəlxalq səviyyələrdə fəaliyyət göstərə bilər. Müəyyən növ məhsulun (prosesin, xidmətin) uyğunluğunun sübutu ilə məşğul olan sertifikatlaşdırma sistemi, həmcins məhsulun sertifikatlaşdırma sistemidir və o, öz təcrübəsində ancaq verilmiş məhsula aid olan standartlardan, qaydalardan və prosedurlardan istifadə edir. Həmcins məhsulun sertifikatlaşdırılması sistemləri öz orqanları və digər təşkilediciləri ilə birlikdə ümumi sertifikatlaşdırma sisteminə daxil ola bilərlər.

Verilmiş tələblərə uyğunluq səviyyəsinin sistematik yoxlanılması, uyğunluğun qiymətləndirilməsi (conformity assessment) adlanır. Bəzən “uyğunluğun yoxlanılması” və “uyğunluğa nəzarət” (conformity surveillance) terminlərindən də istifadə edilir. Uyğunluğun yoxlanılması–dəlilləri öyrənmək yolu ilə məhsulun (prosesin, xidmətin) qoyulmuş tələblərə uyğunluğunun təsdiq edilməsidir. Uyğunluğa nəzarət məhsulun (prosesin, xidmətin) qoyulmuş tələblərə uyğunluğun davam etdiyinə əmin olmaq məqsədilə aparılan təkrar qiymətləndirmədir. Uyğunluğun qiymətləndirilməsinin daha tez-tez təkrarlanan anlayışı nəzarət (inspection) sayılır. Nəzarət, məhsulun konkret xarakteristikalarının ölçmə yolu ilə qiymətləndirilməsidir. Uyğunluğun qiymətləndirilməsində “üçüncü tərəfin” apardığı sınaqların nəticələri daha etibarlı sayılır. Üçüncü tərəf tədarükçü (birinci tərəf) və istehlakçıdan (ikinci tərəf) asılı olmayan şəxs, yaxud orqandır. Sınaq dedikdə qəbul olunmuş qaydalar əsasında müəyyən olunmuş prosedura uyğun olaraq verilmiş məhsulun bir, yaxud bir neçə xarakteristikasının təyin edilməsi ilə bağlı olan texniki əməliyyat başa düşülür. Sınaqlar sınaq laboratoriyalarında aparılır. Nəzərə almaq lazımdır ki, bu həm hüquqi və həm də texniki orqana aid ola bilər.



Təşəkkürlər...
Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin