Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti Kafedra: Enerji effektivliyi və yaşıl enerji texnologiyaları Fakültə: Maşınqayırma və Robototexnika Laboratoriya işi 1. Qrup: 582A İxtisas: Mexanika mühəndisliyi Müəllim: Məmmədova Esmira Tələbə: Şükürzadə Əli
Laboratoriya işi № 1. Qazların (Havanın) sıxlığı və molekul kütləsinin təyini İşin məqsədi: Piknometr vasitəsilə havanın (qazın) sıxlığının və molekul kütləsinin təyini.
Piknometr yunan sözü olub (puknos) həcm və sıxlığı ölçmək mənasını verir. Ölçmə ən etibarlı və mütləq metoddur. Boyl qanununa əsaslanmışdır (həcm təzyiq münasibəti). Dəqiq və nizamlanmış ölçülü, məsaməli və qeyri- məsaməli nümunələr üçün istifadə olunur. Yuxarıda şəkildə təsvir olunan qaz piknometridir. Qaz piknometri həmçinin helium piknometri də adlanır. Cihaz təcrübələri 20 dəqiqədən də az müddətdə aparmağa imkan verir. Molekulyar kütlə və sıxlıq haqqında ümumi məlumat. Maddənin fiziki və kimyəvi xassələrini özündə daşıyan ən kiçik hissəciyə molekul deyilir. Elementin kimyəvi xassəsini daşıyan ən kiçik hissəciyinə atom deyilir. Verilmiş maddədəki molekulların sayının Avaqadro sabitinə olan nisbətinə maddə miqdarı deyilir. Maddə miqdarının vahidi 1 mol adlanır və əsas vahiddir. Kütləsi 0.012 kq olan karbondakı atomların sayı qədər molekullardan təşkil olunmuş maddə miqdarına bir mol deyilir. İstənilən maddənin bir molunda eyni sayda molekul (və ya atom ) vardır. Bu say Avaqadro sabiti adlanır. Burada m istənilən maddənin kütləsidir, N isə m kütləli maddədə olan molekulların sayıdır. Bir mol miqdarında götürülmüş maddənin kütləsinə molyar kütlə deyilir. Molyar kütlə molekulun kütləsi ilə Avaqadro sabitinin hasilinə bərabərdir. (1) Molyar kütlənin vahidi Burada - bir molekulun (və ya atomun ) kütləsidir. Molekulları arasındakı təsir nəzərə alınmayacaq dərəcədə kiçik olan qaza ideal qaz deyilir. İdeal qazın molekullarının enerjisi ancaq onların kinetik enerjisindən ibarətdir. Seyrəldilmiş real qazlar özlərini ideal qaz kimi aparır. Qaz halının parametrləri arasındakı əlaqəni ifadə edən tənliyə ideal qazın hal tənliyi və ya Mendeleyev-Klapeyron tənliyi deyilir. və ya (2) Burada: P- təzyiq V- həcm m-havanın kütləsi µ-molyar kütlə R-universal qaz sabiti T- mütləq (termodinamik) temperatur (2) düsturu ilə molyar kütlənin təyin olunması üçün havanın kütləsi ölçülməlidir. Bu da mövcud olan qurğuda mümkün deyil. Bunun üçün kolbadan havanın tamamilə sorulmasına ehtiyac yoxdur, yalnız qazın kütləsini bir qədər dəyişmək kifayətdir.