1. Cins idolları
2. Mağara idolları
3. Bazar (meydan) idolları
4. Teatr idolları
Bekon özünün idollar haqqında təlimi ilə insanların şüurunu sxolastikanın hər cür yanılmalarının təsirlərindən təmizləməyə çalışmış, bununla da biliklərin, hər şeydən əvvəl, təbiəti təcrübi yolla öyrənməyə əsaslanan biliklərin müvəffəqiyyətlə inkişafına və yayılmasına çalışmışdır. Bekonun fəlsəfəsinin davamçısı olan Hobbs da qneseologiyada empirik və sensualist olmuşdur.
XVII əsr idrak nəzəriyyəsində rasionalizm Dekartın, Spinozanın, Leybinsin təlimləri ilə təmsil olunmuşdur. Dekart özünün “Metodlar haqqında düşüncələr” əsərində belə bir nəticəyə gəlir ki, biliklərin mənbəyi və həqiqətin meyarı xarici aləmdə deyil, insanın zəkasındadır. İntellektual intuitsiya, yaxud sırf mücərrəd mühakimə idrakın çıxış nöqtəsidir. Bütün ideyaları Dekart 2 qrupa bölürdü:
Hisslərdən gələn ideyalar
Anadangəlmə ideyalar
Məhz anadangəlmə ideyalar tam doğru ideyalardır. Onların sırasına Allah ideyasını, riyazi aksiomları və s.-ni aid etmək olar. Belə ki, məsələn, elmi kəşfə yardım edən mütləq, həqiqi başlanğıc, metod, yaxud vasitə bütün mövcud olanlara şübhə etməkdir. Onun fikrincə, şübhə edən fikrin özünün mövcud olmasına şübhə etmək olmaz. Beləliklə, o, belə bir nəticəyə gəlir ki, yeganə həqiqi fakt təfəkkürdür, düşüncədir (“Düşünürəm, deməli mövcudam” Dekart). Dekarta görə, bizim təfəkkürlərimizin səlisliyi və aydınlığı həqiqətin meyarlarıdır. Onun üçün insanın aydın və səlis qavradığı nə varsa, o həqiqətdir.
9. Yeni dövr fəlsəfəsində sosial-fəlsəfi konsepsiyalar
Yeni dövr fəlsəfəsində bir sıra sosial-fəlsəfi konsepsiyalar mövcud olmuşdur. Bunlar arasında təbii-hüquq və ictimai müqavilə konsepsiyalarını göstərmək olar. Belə ki, Con Lokk insanın azadlığını, yaşamasını və əməklə qazandığı mülkiyyətə sahib olmağı onun təbii hüququ hesab edir. “Dövlət idarəçiliyi haqqında iki traktat” əsərində o, insanların ilkin durumunu onların təbii hüquqlarının hökm sürdüyü durumu sayır. Lakin o hesab edirdi ki, insanın yaşamaq hüququ da daxil olmaqla, onların təbii hüquqlarını qorumaq üçün dövlət zəruridir. Bu dövlət də ictimai müqavilənin nəticəsində yaranır. Onun fikrincə, təbii şəraitdə insanlara xas olan xüsusi mülkiyyət vətəndaş cəmiyyətində də qalmalıdır. Bunların əsas təminatvericisi dövlət olmalıdır. Lokkun firkincə, insan azadlığı mütləq deyil, deməli hakimiyyət də mütləq ola bilməz. Lokka görə, cəmiyyəti lazımi qayadada idarə etmək üçün hakimiyyətin bölüşdürülməsi prinsipindən istifadə olunmalıdır. Qeyd olunan traktatında filosof qanunverici (parlament), icraedici (hakim, ordu), federativ-məhkəmə orqanları kimi hakimiyyət bölgüsü prinsipini irəli sürür.
Yeni dövr fəlsəfəsində ingilis filosofu
Dostları ilə paylaş: |