AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
Azərbaycan Respublikasının
Təhsil Nazirliyinin
____ saylı ___ _______ 2013-cü il
tarixli əmri ilə təsdiq edilmişdir
ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI
BAKALAVRİAT SƏVİYYƏSİNİN İXTİSAS ÜZRƏ
T Ə H S İ L P R O Q R A M I
İxtisasın (proqramın) şifri və adı: XTB 050105 -Kompozisiya materiallarindan
müdafiyə təyinatlı məmulatla-
rın layihələndirilməsi və isteh-
salı mühəndisliyi
BAKI – 2013
2
1.
Ümumi müddəalar
1.1.
Bakalavriat səviyyəsinin XTB 050105-Kompozisiya materiallarından müdafiə təyinatlı
məmulatların layihələndirilməsi və istehsalı mühəndisliyi ixtisası üzrə Təhsil Proqramı
(bundan sonra ixtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan Respublikasının
Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq
olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı», «Bakalavriat təhsilinin məzmunu
və təşkili Qaydaları»nın tələblərinə və «Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların
Təsnifatı»na uyğun hazırlanmışdır.
1.2.
İxtisas üzrə Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi
formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas
üzrə bakalavr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.
1.3.
Strukturda istifadə olunan işarələr:
İTP – ixtisas üzrə Təhsil Proqramı
ÜK – ümummədəni kompetensiyalar
PK – peşə kompetensiyaları
1.4.
XTB
050105-Kompozisiya
materiallarından
müdafiə
təyinatlı
məmulatların
layihələndirilməsi və istehsalı mühəndisliyi ixtisasının xarakteristikası.
İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:
İxtisasın şifri və adı
Verilən ixtisas
dərəcəsi və
akademik dərəcə
Əyani forma üzrə
təhsil müddəti*
Kreditlərin sayı
XTB
050105-Kompozisiya
materiallarından
müdafiə
təyinatlı
məmulatların
layihələndirilməsi və istehsalı
mühəndisliyi
Mühəndis
texnoloq,
Bakalavr
İTP ilə
müəyyənləşdirilir
(4 – 5 il)
İTP-dən asılı olaraq
240-300
* Qiyabi forma üzrə təhsil müddəti 1 il artıqdır (ixtisas üzrə qiyabi formada təhsil nəzərdə
tutulduqda).
2.
Məzunun ixtisas xarakteristikası və kompetensiyası
2.1.
Bakalavrın ixtisas xarakteristikası.
- bakalavrın fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə
fəaliyyətinə, eləcə də ixtisas üzrə magistraturada təhsil almağa hazır olması;
- mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun
gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və s. işləyə bilməsi;
- mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali məktəbdə elmi,
elmi-pedaqoji fəaliyyət sahələri istisna olmaqla) çalışa bilməsi;
2.2.
Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan tələblər.
2.2.1. Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:
- korporativ əməkdaşlıq qabiliyyəti (ÜK-1);
- digər sahələrin mütəxəssisləri ilə ünsiyyət yaratmaq qabiliyyəti (ÜK-2);
- materialşünaslıq sahəsində ölkədənkənar təşkilatlarla əlaqə qurmaq qabiliyyəti (ÜK-3);
- Azərbaycan tarixinin inkişafının əsas məqamlarına bələd olmaq (ÜK-4);
- xüsusi materialların istehsalş sahəsində yeni ideyalar irəli sürmək qabiliyyəti
(ÜK-5);
- təşəbbüskarlıq və liderlik (ÜK-6);
- təşkilatçılıq qabiliyyətinə malik olmaq (ÜK-7);
2.2.2. Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:
İstehsalat-texnoloji sahəsi üzrə:
- yeni kompozisiya materialları sahəsində İKT-nin imkanlarından istifadə etmək (PK-1);
- xüsusi təyinatlı materialların istehsalı sahəsində mövcud mühəndis işləmələri və
texnologiyalarının tətbiqi vərdişlərinə bələd olmaq (PK-2);
- xüsusi təyinatlı materialların müasir istehsal proseslərinin və texnoloji işləmələrini inkişaf
etdirmək və kompozit materialların müxtəlif emal üsullarını mənimsəmək (PK-3);
3
Təşkilati-inzibatçılıq sahəsi üzrə:
- fənn qrupları üzrə ümumi formaları və qanunauyğunluğu müəyyənləşdirmək (PK-4);
- kompoziya materiallarının alınma texnologiyasının təhlilində modelləşdirmədən istifadə
etmək (PK-5);
- kompozisiya materiallarının alşnması sahəsində bilikləri toplamaq və onları uyğun şəraitdə
tətbiq etmək
(PK-6);
- kollektivlərin uygun sahədəki mühəndis işləmələrinə rəhbərlik etmək (PK-7);
- digər sahələrdəki bilikləri (o cümlədən humanitar) qısaca və dürüst ifadə etmək (PK-8);
3.
Təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum tələblər
3.1.
Peşə fəaliyyətinin xarakteristikası.
3.1.1.
Peşə fəaliyyətinin əsas istiqamətləri:
XTB 050105-“Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların
layihələndirilməsi və istehsalı mühəndisliyi” ixtisası üzrə bakalavrlarınpeşə fəaliyyətinin əsas
istiqamətləri:
- istehsal-texnoloji;
- təşkilati-inzibatçılıq və s.
3.1.2.
Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər.
İstehsal-texnoloji sahəsi üzrə:
- müasir hesablama texnikasından və proqram təminatından istifadə etmək;
- Kompozisiya materiallarının materialşünaslığı sahəsində biliklərdən istifadə etmək;
- informasiyanın toplanması və məqsədli istifadəsi üsullardan istifadə etmək;
Təşkilati-inzibatçılıq sahəsi üzrə:
- tədqiqat və mühəndis işləmələri üçün qruplarının işini təşkil etməyi;
- texnoloji işləmələrin nəticələrini proqnozlaşdırmğı və tətbiq etməyi;
- alınmış nəticələri kəmiyyət və keyfiyyətcə qiymətləndirməyi.
3.2.
İxtisas üzrə fənn bölümləri, fənlərin kreditlər, onların mənimsənilməsinin nəticələri (bilik,
bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə tutulan kompetensiyaların kodları.
Fənn
bölümünün
kodu
Fənn bölümləri, onların mənimsənilməsinin
nəticələri (bilik, bacarıq və vərdişlər
baxımından)
Fənn
bölmələri
üzrə
kreditlərin
sayı
Fənlər
Fənlər
üzrə
kreditləri
n sayı
Qazanılması
nəzərdə
tutulan
kompetensiy
aların
kodları
1
2
3
4
5
6
Təhsil hissəsi
HF – B00
Humanitar fənlər bölümü
Bu bölümə daxil olan fənlərin öyrənilməsi
nəticəsində tələbə:
bilməlidir:
Azərbaycan tarixi üzrə: Azərbaycan tarixinin
əsas mərhələləri və xronologiyası barədə
təsəvvürə, tarixi şəxsiyyətlər və əsas tarixi
hadisələr haqqında məlumata malik olmalı.
Azərbaycan
dili
üzrə: Azərbaycan
Res-
publikasının dövlət dilini (Azərbaycan dilini)
sərbəst bilməli.
Xarici dil üzrə: xarici dillərin birində danışığın
və yazının məzmununu başa düşməli.
Seçmə yolu ilə öyrənilməsi nəzərdə tutulan fənləri
dinləməklə:
sosial mühit və sosial vərəsəlik münasibətlərini,
milli və mədəni-tarixi faktorların təhsil və
tərbiyədə rolunu; sosial davranış formaları və
28
HF–B01 Azərbaycan tarixi
HF–B02 Xarici dil
HF–B03
Azərbaycan
dili
(təlimi rus dilində olanlar
üçün)
HF–B04
Seçmə fənlər*
6
11
5
6
ÜK-1
ÜK-2
ÜK-3
ÜK-4
ÜK-5
ÜK-6
ÜK-7
4
qanunauyğunluqlarını; mədəniyyətin forma və
növləri haqqında məlumatı olmalı, dünyanın
əsas mədəni-tarixi mərkəzləri olmuş regionları
tanımalı, Azərbayjan mədəniyyətini və onun
dünya mədəniyyəti və sivilizasiyasında tutduğu
yeri qiymətləndirməyi bacarmalı;
Azərbaycan Respublikası hüquqi sisteminin və
qanunvericiliyinin əsaslarını, tərbiyəvi-etik
normaları bilməli;
gələcək peşə fəaliyyətlərinə dair normativ və
hüquqi sənədlərin tərtibini və onlardan istifadə
etməyi bacarmalı, pozulmuş hüquqların bərpa
yollarını öyrənə bilər.
bacarmalıdır:
Azərbaycan tarixi üzrə:
tarixi keçmişin qiymətləndirilməsinə dair öz
mövqeyini əsaslandırmağı və fikrini ifadə
etməyi bacarmalı;
Azərbaycan dili üzrə:
Azərbaycan dilinin leksikonundan gündəlik və
peşə fəaliyyətində istifadə etməyi bacarmalı;
xarici dillər üzrə:
peşə səviyyəsinin artırılmasında mühüm
əhəmiyyət kəsb edən və xarici dillərdə olan
ədəbiyyat və mənbələrdən sərbəst istifadə
etməyi, ixtisasına dair mətnləri oxumağı, ixtisasa
dair mətnləri tərcümə etməyi, annotasiya, referat,
tezis, tərcümeyi-hal və s. yazmağı bacarmalı;
Seçmə yolu ilə oyrənilməsi nəzərdə tutulan
fənləri dinləməklə:
yiyələnməlidir:
Azərbaycan tarixinin mühüm məqamlarına,
humanitar, sosial - iqtisadi sahələrin əsas
təlimlərinə, sosial əhəmiyyətli problemlərin
təhlilini aparma qabiliyyətinə, bu sahələrin
metodlarını özünün peşə və sosial fəaliyyətinin
müxtəlif sahələrində tətbiq etməyə;
xarici dilli mühitdə peşə fəaliyyətini və təhsilini davam
etdirmək qabiliyyətinə malik olmalıdır;
İPF – B00
İxtisas (ixtisaslaşma) fənləri bölümü
Bu bölümə daxil olan fənlərin öyrənilməsi
nəticəsində tələbə:
bilməlidir:
-
dünyanın dərk edilməsində riyaziyyatın
əhəmiyyətini; riyazi modelləşməni;
- informasiya və onun saxlanması, emalı və
ötürülməsini;
- təbiətdə diskretlilik və kəsilməzlik haqqında;
- təbiətdə dinamik və statik qanunauyğunluqlar
haqqında; təbiət elmlərinin müxtəlif bölmələrində
ölçü və onların spesifikası haqqında; təbiət
elmlərində olan fundamental sabitlər haqqında
məlumatları;
185
İPF–B01 - Riyaziyyat
İPF–B02 - Fizika
İPF–B03 – Kimya
İPF–B04 – Kompüter
texnikası və informatika
İPF–B05 – Tətbiqi mexanika
İPF–B06 – Həyat fəaliyyətinin
təhlükəsizliyi
İPF–B07 – Hidravlika və
hidravlik maşınlar və
14
12
4
6
10
6
4
PK-1
PK-2
PK-3
PK-4
PK-5
PK-6
PK-7
PK-8
5
- kimyəvi sistemlərin xassələri, təbii maddələr və
onların reaksiyaya girmək qabiliyyəti və
qarşılıqlı təsiri haqqında məlumatları;
-
kompozisiya
materiallarının
xassələrinin
müəyyən olunmasını, onların analizinin yerinə
yetirilməsini;
- kompozit materialların istehsalına və onların
analizinə nəzarət etmək üçün kompüter
texnikasını və informasiya texnologiyasını tətbiq
etməyi;
-
metal-qeyri
metal
sistemlərin
istehsal
xüsusiyyətlərini;
- metal və ərintilərin xassələri, strukturu və onlar
arasındakı əlaqənin xarakterik xüsusiyyətlərini;
-kompozisiya
materialların
alınma
texnologiyasının mənimsənilməsini;
bacarmalıdır:
-proqram təminatı və hesablama texnikasının
imkanlarından istifadə etmyəyi:
- təbiət və texniki elmlərdə konkret proseslərin
ehtimal olunan modellərini qurmağı və bu
modellərə aid hesabatlar aparmağı:
- kompozisiya materiallarının istehsalında
istifadə edilən texnoloji qurğuların hesabatı üçün
mövcud qanunlardan istifadə etməyi
- faza tarazlığı diaqramlarını, metallarda struktur
çevrilmələri analiz etməyi;
-
materialların
istehsalında əsas texnoloji
prosesləri və cihazları bilməli, məhsulun
keyfiyyətini təmin etmək məqsədilə texniki
iqtisadi tələbləri araşdırmağı bacarmalı;
- ölçmələrin nəticələrini araşdırmağı və analiz
etməyi;
- elmi-texniki ədəbiyyat icmalını tərtib etməli və
patent axtarışı aparmağı
yiyələnməlidir:
-
yeni və xüsusi xassəli kompozisiya
materiallrının alınması üçün texnoloji üsullardan
və struktur xarakteristikalarından istifadə etməklə
materialların istehsal texnologiyalarının idarə
olunması,
materialların
xassələrinin
tənzimlənməsi vərdişlərinə.
intiqallar
İPF–B08 –Tərsimi həndəsə və
mühəndis qrafikası
İPF–B09 – Elektrotexnika və
elektrik maşınları
İPF–B10 – Konstruksiya
materiallarının texnologiyası
İPF–B11 –Metallurji istilik
texnukası
İPF–B12 – Mttalşünaslıq
İPF–B13 – İstehsalın
iqtisadiyyatı və menecment
İPF–B14 –Materialların və
proseslərin tədqiqat üsulları
İPF–B15 –Fiziki
materialşünaslıq
İPF–B16 – Kristalloqrafiya və
rentgenoqrafiya
İPF–B17 –Xüsusi keyfiyyətli
ərintilər
İPF–B18 –Kompozisiya
materiallarının texnologiyası
İPF-B19–Xüsusi metallurgiya
İPF–B20 – A nalitik nəzarət
və metrologiya
İPF–B21- Termiki emal
texnologiyaları
İPFS – B00 Seçmə fənlər (Peşə
hazırlığı və ixtisaslaşmalar
üzrə) *
6
3
6
5
6
5
6
6
6
6
6
6
5
6
48
XF– B00
bilməlidir:
-
insanın
inkişafında,
mütəxəssisin
hazırlanmasında bədən tərbiyəsinin rolunu:
-
bədən tərbiyəsinin və sağlam həyat tərzinin
əsaslarını;
-
təhlükə və fövqəladə hallarda mülki müdafiə
orqanının qüvvəsi və vəzifələrini;
bacarmalıdır:
-
təhlükə və fövqəladə hallarda mülki müdafiə
orqanının təşkilini,
-
mütəxəssisin
hazırlanmasında
bədən
tərbiyəsinin rolunu təmin etməyi:
yiyələnməlidir:
-
sağlamlığın qorunmasını və möhkəmlənməsini
təmin edən praktiki bacarıq və vərdişlər
sisteminə;
-
sənaye
obyektlərinin
iş
stabilliyinin
qorunmasına; xilasetmə və digər təxirəsalınmaz
işlərin görülməsinə.
3
XF-B01 - Mülki müdafiə
XF-B02 - Bədən tərbiyəsi və
idman
3
TE-B00
Təcrübələr və yekun attestasiya
Bu bölümə aid olanların öyrənilməsi
21
TE-B01 Təcrübələr
12
ÜK-1 ...
ÜK-7
6
nəticəsində təhsil alan bilməlidir:
Kompozisiya materiallarının işlənməsini
və onların keyfiyyətinin texniki-texnoloji
nəzarət yolu ilə təminini bilməlidir.
bacarmalıdır:
Kompozisiya materiallarının istehsal
proseslərinə rəhbərlik etməyi;
İstehsal avadanlıqlarını layihələndirməyi;
Kompozisiya materiallarının istehsalına
çəkilən birbaşa və istehsal xərclərini
müəyyənləşdirməyi bacarmalıdır.
yiyələnməlidir:
Mühəndis layihələndirilmə, istismar və
təmir prosesində müassir texnikanın ən
yeni
nəaliyyətlərini,
kompyuter
texnologiyalarını səmərəli istifadə etmək
bacarıqlarına yiyələnməlidir.
TE-B02 Yekun dövlət
attestasiyası
9
PK-1 ...
PK-8
Kreditlərin ümumi cəmi:
237
*Bütün bölümlərdə seçmə fənlər müvafiq səriştələrə (kompetensiyalara) uyğun ali təhsil müəssisələri
tərəfindən müəyyənləşdirilir.
**Mötərizədə göstərilənlər təhsil müddəti 5 il olduqda.
Qeyd: Tədris təcrübəsinə ayrılan akademik yük auditoriya yükü hesab edilə bilər.
Tələbələr üçün nəzərdə tutulan sərbəst işlər üçün müəlimə hər 4 tələbəyə 1 saat akademik yük
nəzərdə tutulmalıdır.
Buraxılış və kus işləri (layihələri) üçün nzərdə tutulan akademik yükün yarısı auditoriya yükü
hesab edilə bilər.
3.3.
XTB
050105-Kompozisiya
materiallarından
müdafiə
təyinatlı
məmulatların
layihələndirilməsi və istehsalı mühəndisliyi ixtisası üzrə bakalavr təhsil proqramının yerinə
yetirilməsinin müddəti:
Bakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr -198
Nəzəri təlim üçün ayrılan həftələr
-115
O cümlədən, təcrübələr üçün ayrılan həftələr (ixtisasdan asılı olaraq) - 8
İmtahan sessiyası üçün ayrılan həftələr
- 39
Tətillər üçün ayrılan həftələr
- 30
Buraxılış işinin hazırlanması və müdafiəsinə
(yekun dövlət imtahanına) ayrılan həftələr
- 6
4.
Maddi-texniki, tədris bazası və kadr potensialı
4.1.
Ali təhsil müəssisəsinin XTB 050105-Kompozisiya materiallarından müdafiə təyinatlı
məmulatların layihələndirilməsi və istehsalı mühəndisliyi ixtisasının təhsil proqramına
müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması,
təcrübələrin keçirilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müvafiq İKT ilə
təchiz olunmuş kabinet və laboratoriyalar, kompüter sinifləri, emalatxanalar və s. ilə təmin
olunmuş maddi-texniki bazası olmalıdır. Təhsilalanların ali təhsil müəssisəsinin lokal
şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı
təmin edilməlidir.
4.2.
Fənlərin tədrisi və ya elmi adı olan ali təhsil müəssisələrinin professor-müəllim heyəti
tərəfindən aparılır. Bu fəaliyyətə həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan
şəxslər cəlb oluna bilər.
5.
Tədris prosesinin forma və metodları
7
5.1.
Bakalavr hazırlığı mühazirə, məşğələ (laboratoriya), seminar, məsləhət, sərbəst iş, təcrübə və
s. formalarda həyata keçirilir.
5.2.
Bakalavr hazırlığı üzrə tədris prosesində şifahi şərh, müsahibə, interaktiv təlim, müstəqil iş,
diskussiya, dəyirmi masa, illüstrasiya, tədqiqatçılıq, laboratoriya və praktik iş və digər
metodlardan istifadə edilə bilər.
5.3.
XTB
050105-Kompozisiya
materiallarından
müdafiə
təyinatlı
məmulatların
layihələndirilməsi və istehsalı mühəndisliyi ixtisası üzrə bakalavr hazırlığında istehsalat və
tədris təcrübələri nəzərdə tutulur (təcrübələrin məqsəd və vəzifələri ixtisasdan asılı olaraq
müəyyənləşdirilir). Təcrübələr növündən asılı olaraq müvafiq idarə və təşkilatlarda, ali
məktəblərdə və s. keçirilə bilər.
6.
Yekun dövlət attestasiyasına qoyulan tələblər və qiymətləndirmə
6.1. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət
attestasiyası ilə yekunlaşır.
6.2. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari
attestasiyalardan (fənlər üzrə attestasiyalarda) müvəffəqiyyətlə keçmiş tələbələr yekun attestasiyaya
buraxılırlar.
6.3. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə
ayrılan müddət 6 həftədir.
6.4. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya
buraxılış işinin müdafiəsindən ibarətdir.
6.5. Bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 240 (300) olmalıdır.
İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı
mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin təhsil proqramı üzrə
tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında
“bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir.
6.6. Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.
Razılaşdırılmışdır:
Azərbaycan Respublikası Azərbaycan Respublikası Təhsil Na-
Təhsil Problemləri İnsti- zirliyinin Ali və orta ixtisas təhsili
tutunun direktoru şöbəsinin müdiri
_________ A.Mehrabov _______________İ.Mustafayev
“___”______2013-cü il “____”____________2013-cü il
Texniki və texnoloji ixtisaslar Təhsil Nazirliyinin Elmi-metodik şurasının
üzrə Dövlət Təhsil Standartları “Metallurgiya və maşınqayırma” bölməsinin sədri
hazırlayan işçi qrupunun sədri ______________A.H.Abdullayev
____________X.Yahudov
“____”________2013-cü il “_____”_____________2013-cü il
Dostları ilə paylaş: |