Azərbaycan Respublikasının Vergi Məcəlləsi


Maddə 126. Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən



Yüklə 212,08 Kb.
səhifə117/197
tarix18.04.2022
ölçüsü212,08 Kb.
#55678
1   ...   113   114   115   116   117   118   119   120   ...   197
VM2017

Maddə 126. Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində vergi tutulması

Qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.(9)



Maddə 127. Xarici ölkədə ödənilən verginin nəzərə alınması

127.1. Rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır.

127.2. Bu Məcəllənin 127.1-ci maddəsinə uyğun olaraq nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən və ya mənfəətdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.


Yüklə 212,08 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin