156.1. Qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər.
156.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən forması müəyyən edilən ərizədə digər məlumatlarla yanaşı aşağıdakı məlumatlar da qeyd edilməlidir:
156.2.1. nəzərdə tutulan sahibkarlıq fəaliyyətinin növü;
156.2.2. ehtimal edilən rüblük dövriyyə;
156.2.3. təqdim edilən mal, görülən iş və göstərilən xidmətin növü;
156.2.4. fəaliyyəti həyata keçirmək üçün maliyyə vəsaitlərinin miqdarı;
156.2.5. alınacaq malların, işlərin və xidmətlərin mənbələri;
156.2.6. fəaliyyət zamanı cəlb ediləcək işçilərin sayı;
156.2.7. fəaliyyət zamanı cəlb ediləcək istehsal avadanlıqları və sair aktivlərin dəyəri.